• cümə, 29 Mart, 05:07
  • Baku Bakı 7°C

Kim Çen In ABŞ-la sülh sazişi imzalamaq niyyətindədir

12.03.18 09:40 546
Kim Çen In ABŞ-la sülh sazişi imzalamaq niyyətindədir
Şimali Koreya lideri Kim Çen In ABŞ-la sülh sazişi imzalamaq və iki ölkə arasında diplomatik münasibətlər qurmaq niyyətindədir. APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Cənubi Koreyanın"Tona İlbo" nəşrinə ölkə prezidenti administrasiyasındakı mənbə bildirib.
Mənbə qeyd edib ki, ABŞ-la münasibətləri normallaşdırmaq niyyətini Kim Çen InCənubi Koreyanın nümayəndə heyəti iləPxenyanda keçirdiyigörüşdə açıqlayıb.
"Kim Çen Inın yekun məqsədi ABŞ-la sülh sazişinin imzalanması, iki ölkəarasında diplomatik münasibətlərin qurulması və Pxenyanda ABŞ səfirliyinin açılmasıdır", - deyə mənbə qeyd edib.
Bundan əvvəl Şimali Koreya lideri ABŞ prezidenti Donald Trampla görüşməyi təklif edib. Vaşinqton təkliflə razılaşıb. Görüşün vaxtı və yeri razılaşdırılacaq.
banner

Oxşar Xəbərlər