• çərşənbə, 24 Aprel, 16:41
  • Baku Bakı 27°C

Kim deyir ki, yığmaya qayıda bilmərəm?

03.04.17 12:00 714
Kim deyir ki, yığmaya qayıda bilmərəm?
"Real”ın sabiq qapıçısı İker Kasilyas hələ də İspaniya yığmasına qayıda biləcəyinə inanır.
Kaspi.az xəbər verir ki, hazırda "Portu”nun şərəfini qoruyan Kasilyas yığmaya qayıtmaq şansının olduğunu bildirib. O, İspaniya yığmasının baş məşqçisi ilə bu barədə söhbət etdiyini də vurğulayıb:
"Mən Lopeteqi ilə söhbət etmişəm. Biz çoxdan tanışıq. O, dedi ki, əsas qapıçısı David De Xea olacaq. Mən isə layiq olacağım halda, yığmaya qayıtmaq niyyətindəyəm.
Heç vaxt deməmişəm ki, milli komanda ilə vidalaşıram. Öz qarşıma hədəf qoymuşam və bu sualı da verməliyəm: "Kim deyir ki, mən İspaniya yığmasına qayıda bilmərəm?”
Avro-2016-dan sonra İspaniya yığmasına rəhbərlik edən Xulen Lopateqi İkerə hələ dəvət göndərməyib.
banner

Oxşar Xəbərlər