• cümə, 19 Aprel, 08:15
  • Baku Bakı 13°C

Kilsələr Birliyi “erməni soyqırımı“nı tanımağa hazırlaşır

31.07.14 10:05 909
Kilsələr Birliyi “erməni soyqırımı“nı tanımağa hazırlaşır
Dünya Kilsələr Birliyinə (WCC) üzv olan kilsələr 2015-ci il aprelin 24-də qondarma "erməni soyqırımı"nı tanımağa hazırlaşır.
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu bəyanatla Əsassız Erməni İddiaları ilə Beynəlxalq Mübarizə Dərnəyinin (ASİMDER) sədri Göksəl Gülbəy çıxış edib.
G. Gülbəy dünya kilsələrinin "erməni soyqırımı"nın tanınması üçün Türkiyəyə qarşı birləşdiyini və dindən istifadə edərək Türkiyəyə təzyiq göstərməyə hazırlaşdıqlarını deyib: «2015-ci ildə "erməni soyqırımı"nın ildönümündə soyqırımın tanınması və təzminat tələbləri üçün WCC üzvü olan kilsələrin beynəlxalq təşkilatların, hüquqşünasların və insan haqları müdafiəçilərinin iştirakı ilə Cenevrədə beynəlxalq konfrans təşkil etməsi, bu konfransla eyni zamanda Cenevrə Kafedralında "erməni soyqırımı" "qurbanlarını" anmaq üçün dua ayinin təşkili, bu olayın tanınması üçün WCCüzv kilsələrin duaya dəvət edilməsi qərara alınıb».
ASİMDER sədri Türkiyə və Azərbaycandakı kilsələrin də WCC üzvü olduğunu və bu konfransa qatılacaqlarını bildirərək, iki ölkənin müvafiq dövlət qurumlarını kilsə və dini liderlərə lazımi xəbərdarlıq etməyə çağırıb.
banner

Oxşar Xəbərlər