• şənbə, 20 Aprel, 06:42
  • Baku Bakı 14°C

“Kiçik sahibkarlıq subyektləri üçün vergilər” mövzusunda treninq-debat keçirilib

07.09.16 17:40 1787
“Kiçik sahibkarlıq subyektləri üçün vergilər” mövzusunda treninq-debat keçirilib
İqtisadi Resursların Öyrənilməsi Mərkəzi (İRÖM) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dəstəyi Şurasının maliyyə yardımı ilə bu gün Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında "Kiçik sahibkarlıq subyektlərində könüllü vergi ödəmənin əhəmiyyəti” üzrə treninq-debat keçirib
İRÖM-ün sədri, layihənin koordinatoru Ruslan Atakişiyev tədbir iştirakçılarına layihənin həyata keçirilməsində başlıca məqsədin kiçik sahibkarlıq subyektlərinə Vergi ödəmənin əhəmiyyətini aşılamaqla onlarda könüllü ödəməyə meylin artırılmasına sövq etmək olduğunu vurğulayıb. Sonra söz Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin baş dövlət vergi müfəttişi, 1-ci dərəcəli müfəttiş İlkin Dövlətova verilib. O, da öz çıxışında verginin hər bir dövlətin iqtisadiyyatındakı müsbət rolundan danışıb.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Sahibkarlar(İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) baş katib əvəzi Faiq Səmədov son dövrlər ölkəmizdə həyata keçirilən vergi islahatlarında sahibkarların rolundan bəhs etdi.
Tədbirdə firma rəhbərləri, mühasibləri, fiziki şəxslər iştirak edib. İRÖM-ün eksperti, vergi mütəxəssisi Radil Fətullayevin "kiçik sahibkarlıq subyektlərində Vergi siyasəti” və "Qanunvericiliyə riayət və son düzəlişlər” mövzularında iştirakçılara treyninq keçib.
"Professional mühasib” jurnalının baş redaktoru, audit mütəxəssisi Mehdi Babayev, qeyd edilən mövzularda debatları aparıb, iştirakçılardan təkliflər toplayaraq onları sistemləşdirib.

Aygün



banner

Oxşar Xəbərlər