• cümə, 19 Aprel, 18:56
  • Baku Bakı 24°C

Kibertəhlükəsizlik müasir dövrün ən vacib çağırışlarından biridir

14.11.19 11:22 666
Kibertəhlükəsizlik müasir dövrün ən vacib çağırışlarından biridir
Kibertəhlükəsizlik müasir dövrdə ən vacib çağırışlardan biridir. Kibercinayətkarlığa qarşı mübarizə tədbirləri güncləndirilməlidir.
AZƏRTACxəbər verir ki, bu sözləri Gürcüstanın Baş Naziri Giorgi Qaxaria Gürcüstan Milli Təhlükəsizlik Şurasının bugünkü iclasında söyləyib.
Baş Nazir deyib: "Kibertəhlükəsizlik bizim regionda çox vacibdir. Kibertəhlükəsizlik təmin olunmadan iqtisadi, turizm, təhsil, mədəniyyət və digər sahələri inkişaf etdirmək olmaz. Ona görə də bu cür cinayətlərə qarşı mübarizə koordinə olunmalı və tədbirlər gücləndirilməlidir”.
Bu cür cinayətlərin nəticəsini ölkəsinin bir neçə gün bundan əvvəl gördüyünü deyən Baş Nazir bildirib ki, Gürcüstanın dövlət strukturlarının, media qruplarının veb-səhifələrinə kiberhücumlar olub və onlar bundan ciddi ziyan görüb.
Məlumat üçün qeyd edək ki, Gürcüstan Milli Təhlükəsizlik Şurası Baş Nazirin yanında məşvərətçi orqandır.
Şura əsasən, dövlət təhlükəsizliyi, daxili və xarici təhlükəsizlik, sosial-iqtisadi, enerji, vətəndaş cəmiyyəti və informasiya təhlükəsizliyi məsələləri ilə məşğul olur.
Gürcüstanın Baş Naziri ilə yanaşı, Müdafiə, Daxili işlər, Xarici işlər, Maliyyə nazirləri, Dövlət Təhlükəsizlik Xidməti və Gürcüstan Kəşfiyyat Xidmətinin rəhbərləri, eləcə də Silahlı Qüvvələr komandanı daimi əsaslarla Milli Təhlükəsizlik Şurasına daxildir.
banner

Oxşar Xəbərlər