• cümə, 19 Aprel, 00:30
  • Baku Bakı 18°C

Kestutis Yankauskas: Azərbaycanın gələcək parlamenti ilə əməkdaşlıq edəcəyik

22.01.20 12:37 537
Kestutis Yankauskas: Azərbaycanın gələcək parlamenti ilə əməkdaşlıq edəcəyik
Biz Azərbaycanda növbədənkənar parlament seçkilərinin beynəlxalq standartlara uyğun şəkildə keçiriləcəyini gözləyirik.
Trend-in məlumatına görə, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib.
O, Azərbaycanın seçkiləri müşahidə etməsi üçün ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun və Avtopa Şurasından müşahidəçilər dəvət etməsini alqışladıqlarını söyləyib: "Bu missiyaların bir qismi artıq Azərbaycandadır. Yaxın zamanlarda müşahidə missiyasının digər üzvləri də Azərbaycana gələcək.
Hesab edirəm ki, biz həmişə olduğu kimi tərəfdaşlıq əlaqələrimizin möhkəmləndirilməsi və inkişaf etdirilməsi üçün Azərbaycanın gələcək parlamenti ilə əməkdaşlıq edəcəyik".

banner

Oxşar Xəbərlər