• şənbə, 20 Aprel, 12:40
  • Baku Bakı 23°C

Kestutis Jankauskas: Azərbaycan Avropa İttifaqı üçün ən iri elektron ticarət potensialı olan ölkədir

11.07.18 11:17 583
Kestutis Jankauskas: Azərbaycan Avropa İttifaqı üçün ən iri elektron ticarət potensialı olan ölkədir
Azərbaycan Avropa İttifaqı üçün ən iri elektron ticarət potensialı olan ölkədir.
AZƏRTACxəbər verir ki, bu barədə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Jankauskas "Azərbaycanda elektron ticarət: mövcud vəziyyət və inkişaf perspektivləri" mövzusunda keçirilən tədbirdə deyib.
O bildirib ki, Azərbaycanda böyük perspektivlər var. Azərbaycan Avropa İttifaqı üçün böyük tranzit potensialına malik ölkədir. Burada dəniz, su və dəmir yolları xətləri var. Bu xidmətlər də getdikcə rəqəmsallaşır.
Səfir qeyd edib ki, Avropa İttifaqı bu sahədə öz təcrübəsini Azərbaycana gətirə bilər: Hazırda Avropada əksər xidmətlər onlayndır. Azərbaycan da bu istiqamətdə inkişaf etməlidir. Avropa İttifaqı bu sahədə Azərbaycana dəstək verməyə hazırdır.
banner

Oxşar Xəbərlər