• cümə axşamı, 25 aprel, 15:53
  • Baku Bakı 23°C

Kəskin hava şəraiti səbəbindən 5 nəfər xəsarət alıb

18.01.19 11:08 308
Kəskin hava şəraiti səbəbindən 5 nəfər xəsarət alıb
Azərbaycanda ötən gün hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar təcili tibbi yardıma 5 müraciət daxil olub.
Bunu"Report”un sorğusuna cavab olaraqSəhiyyə Nazirliyindən bildiriblər.
Müraciət edənlərin dördünə yerindəcə yardım göstərilərək evə buraxılıb.
Nazirlikdən qeyd olunub ki, xəstəxanada yalnız bir nəfərin müalicəsi davam edir: "Həmin şəxs bud sümüyünün sınığı diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib. Onun həyatı təhlükəsi yoxdur”.
Xatırladaq ki, ötən gün güclü külək nəticəsində "Binə” Ticarət Mərkəzində reklam lövhəsi yerindən qoparaq yaxınlıqdan keçən kişinin üstünə aşıb.
banner

Oxşar Xəbərlər