AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Kəskin hava şəraiti ilə bağlı xəbərdarlıq var

Kəskin hava şəraiti ilə bağlı xəbərdarlıq var

Təfsilat
19 Fevral 2015, 08:17 790
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan ərazisində kəskin hava şəraiti ilə bağlı ilkin xəbərdarlıq yayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında deyib ki, fevralın 20-də qərb rayonlarından başlayaraq 23-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilərlə yağıntılı olacağı, sulu qar və qar yağacağı gözlənilir. Fevralın 20-i gündüzdən fevralın 23-dək ayrı-ayrı yerlərdə arabir güclənən şimal-qərb küləyi əsəcək. Yollar buz bağlayacaq.

Bakı və Abşeron yarımadasında isə fevralın 20-i günün ikinci yarısından şimal-qərb küləyinin güclənməsi, fasilələrlə yağıntılı olması, sulu qar və qar yağması gözlənilir. Fevralın 20-i axşam, fevralın 21-22-də havanın temperaturu gündüz 0 dərəcəyə yaxın, gecə saatlarında 2 dərəcəyədək şaxta olacağı proqnozlaşdırılır.

Fevralın 21-də şimal-qərb küləyinin güclü olacağı gözlənilir.

Hava şəraiti ilə bağlı dəqiqləşmiş məlumatlar ətraflı şəkildə ictimaiyyətə təqdim olunacaq.