• cümə, 29 Mart, 08:46
  • Baku Bakı 5°C

Kəskin hava şəraiti ilə bağlı - Açıqlama

31.03.14 09:48 1246
Kəskin hava şəraiti ilə bağlı - Açıqlama
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti ölkə ərazisində müşahidə olunan kəskin hava şəraiti ilə bağlı məlumat açıqlayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, əvvəlcədən xəbər verildiyi kimi martın 30-da ölkə ərazisində hava şəraiti kəskin dəyişilib, yağıntılı olub, sulu qar, qar yağıb. Bəzi rayonlarda intensiv olub, güclü şimal-qərb küləyi əsib.
Qar örtüyü əmələ gəlib, hündürlüyü Sarıbaşda (Qax) 42 sm, Xınalıqda 30 sm, Kişçayda 26 sm, Daşkəsən, Göygöldə 22 sm, Ordubadda 21 sm, Qubada 18 sm, Lerikdə 16 sm, Yardımlıda 14 sm, Rvarud (Lerik), Altıağacda 13 sm, Şəki, Kəlvəzdə 12 sm, Zaqatalada 11 sm, Naxçıvanda 10 sm, Ağdərədə 8 sm, Şahbuzda 6 sm, Qəbələdə 5 sm, İsmayıllıda 4 sm, Şərurda 3 sm, Biləsuvarda 2 sm, Salyan, Göytəpə, Bakıda 1 sm təşkil edib.
Havanın temperaturu martın 30-da iqlim normasından 6 dərəcə aşağı olub. Belə ki, temperatur Bakıda və Abşeron yarımadasında 1-4 dərəcə isti, Aran rayonlarında 0-6 dərəcə isti, dağlıq rayonlarda 3-10 dərəcə şaxta müşahidə olunub.
banner

Oxşar Xəbərlər