• cümə, 26 Aprel, 00:34
  • Baku Bakı 16°C

Kərkükdə İraq ordusu ilə “peşmərgə” dəstələri arasında toqquşma baş verib

16.10.17 10:15 930
Kərkükdə İraq ordusu ilə “peşmərgə” dəstələri arasında toqquşma baş verib
Kərkükdə İrak hərbçiləri və "peşmərgə” kürd silahlı dəstələri arasında toqquşma baş verib.
APA-nın "RT”-yə istinadən verdiyi xəbərə görə, bu barədəİraqKürdüstanının Təhlükəsizlik Şurası məlumat yayıb.
Məlumata əsasən, qarşıdurma Kərkuk vilayətinin sənaye zonasında qeydə alınıb. Həmçinin vilayətin cənub bölgəsindətərəflər arasında artilleriya atışması baş verib.İtki barədə məlumat verilmir.Bundan əvvəlİraqordusunun peşmərgə dəstələrinin nəzarəti altında olan ərazilərə daxil olmasıbarədə məlumat yayılıb.
Xatırladaq ki, sentyabrın 25-də kürd muxtariyyətində müstəqillik referendumu keçirilib. Seçicilərin 92 faizindən çoxu kürd muxtariyyətinin İraqdan ayrılmasını dəstəkləyib. Rəsmi Bağdad referendumu qeyri-legitim elan edib. Kərkük və kürd muxtariyyətinə bitişik bir sıra digər bölgələrə "peşmərgə” dəstələri nəzarət edir.
banner

Oxşar Xəbərlər