• cümə axşamı, 25 aprel, 08:24
  • Baku Bakı 14°C

Ziyarətdən qayıdan azərbaycanlılar İraq-İran sərhədində saxlanılıb

22.11.16 18:05 1209
Ziyarətdən qayıdan azərbaycanlılar İraq-İran sərhədində saxlanılıb
Kərbəlaya ziyarət gedən azərbaycanlıları daşıyan avtobuslarİraqsərhədini keçdikdən sonra İranın Mehran sərhəd keçid məntəqəsində saxlanılıb.
Bu barədəAPA-ya hazırda İran ərazisində olan azərbaycanlı zəvvar Mirələm Həşimov məlumat verib. O bildirib ki, 16 saatdır, İran ərazisindədirlər, sərhədçilər avtobusları buraxmırlar. İçərisində azərbaycanlılar olan 7 avtobus sərhəddə qalıb: "500-ə yaxın azərbaycanlı sərhəd məntəqəsində gözləyir. İnsanlar buraxılıb, sərbəstdirlər. İran ərazisində zəvvarların təhlükəsizliyini təmin edən sığorta şirkəti tərəfindən verilən hansısa sənədlərin qaydasında olmadığı deyilir. Şirkətin nümayəndəsi sənədləri düzəltmək üçün götürüb, lakin geri qayıtmayıb. Sənədi düzəltmək üçün hər avtobus üçün200-250 dollar istəyirlər. İnsanlar ona da razıdırlar. Çünki burada 2 sutkadan çox gözləyən azərbaycanlılar var”.
banner

Oxşar Xəbərlər