AZE | RUS | ENG |

“Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi”

“Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi”
Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı (ƏTİ) "UNİVERSAL DİZAYN” Əlillik Adaptasiya Avadanlıqları MMC ilə birgə əməkdaşlıqla Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən və Qafqaz Tədqiqat və Resurs Mərkəzi – Gürcüstan təşkilatı tərəfindən icra olunan "Vətəndaş Cəmiyyətinə Dəstək Proqramı” çərçivəsində "Kənd yerlərində əlilliyi olan şəxslərə hüquqi xidmətin göstərilməsi” fəaliyyətini həyata keçirir. Layihənin əsas fəaliyyət istiqaməti İsmayıllı, Quba, Bərdə rayonlarının ucqar kəndlərində əlilliyi olan şəxslərə səyyar hüquqi xidmətlərin göstərilməsindən ibarətdir. Xidmət çərçivəsində Quba rayonunun Vəlvələ (ətraf kəndlər daxil olmaqla), Alpan (ətraf kəndlər daxil olmaqla) 10 kəndində əlilliyi olan şəxslərlə görüşlər keçirilmişdir. Əsas məqsəd ehtiyaclarının, əsasən hüquqi yardıma vacib ehtiyac olan sahələri aydınlaşdırmaqdan ibarət olmuşdur. Qeyd olunan ərazi vahidlərində yaşayan 34 nəfər əlilliyi olan şəxslər, onların valideyn və qohumları, səhiyyə işçiləri ilə fokus qruplar təşkil olunmaqla ehtiyaclar öyrənilmişdir. Digər rayonlarda da vəziyyət analoji üsulla qiymətləndirildikdən sonra hüquqi xidmətlərin təşkili nəzərdə tutulur.  


Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8811
GEL 1 1 Gürcüstan larisi 0.5753
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1227
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7109
KWD 1 1 Küveyt dinarı 5.595
TRY 1 1 Türkiyə lirəsi 0.2982