• şənbə, 20 Aprel, 11:15
  • Baku Bakı 14°C

Kənd təsərrüfatına dəstək verən ən böyük beynəlxalq təşkilat

07.06.16 01:40 1236
Kənd təsərrüfatına dəstək verən ən böyük beynəlxalq təşkilat
"Avropa İttifaqı Azərbaycanda kənd təsərrüfatı sektoruna dəstək verən ən böyük beynəlxalq təşkilatlardan biridir. Bizim hazırda Avropa Yenidənqurma və İnkişaf Bankı ilə davam etməkdə olan layihəyə əsasən, 400 milyon ABŞ dolları məbləğində vəsait banklar vasitəsilə fermerlərə ayrılacaq”.
AZƏRTACxəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Malena Mard jurnalistlərə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyi ilə aparılan müştərək işlərdən biri də elektron kənd təsərrüfatı proqramlarının, yəni torpaqlarla bağlı məlumat bazasının inkişaf etdirilməsidir. Bu da öz növbəsində subsidiyaların təkmilləşdirilməsinə gətirib çıxaracaq.
"Əməkdaşlıq etdiyimiz digər istiqamət təhsil sahəsidir. Kənd Təsərrüfatı Nazirliyi ilə texniki peşə məktəbləri üzrə kənd təsərrüfatı sahəsində təhsilin daha yüksək səviyyəyə çatdırılması istiqamətində birgə işləyirik. Baytarlıq xidməti sahəsində isə davam etməkdə olan tvinning layihəmiz mövcuddur. Bu heyvanların qida təhlükəsizliyinə yönəlmiş bir addımdır”,- deyə M.Mard vurğulayıb.
banner

Oxşar Xəbərlər