• cümə, 19 Aprel, 17:52
  • Baku Bakı 25°C

Kənd təsərrüfatımızda mühüm yenilik tətbiq olunacaq

18.07.13 10:05 1469
Kənd təsərrüfatımızda mühüm yenilik tətbiq olunacaq
SSRİ dövründə mövcud olan bu sistemin yenidən bərpa olunması planlaşdırılır. Bu barədə «APA-Economics»ə Kənd Təsərrüfatı Nazirliyi mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev məlumat verib.
Nazirlik rəsmisinin bildirdiyinə görə, Kənd Təsərrüfatı Nazirliyi əvvəllər olduğu kimi, indi də iqlim-torpaq şəraitinə uyğun olaraq rayonların spesifik ixtisaslaşdırılmasını həyata keçirmək niyyətindədir.
«Azərbaycanın rayonları torpağına, yerləşdiyi yerə, iqliminə görə ixtisaslaşdırılmalıdır. Bununla bağlı təklifləri tam yekunlaşdırdıqdan sonra Nazirlər Kabinetinə təqdim edəcəyik. Məsələn, cənub zonasında tərəvəzçilik, sitrus meyvələr, çəltikçilik, şimal rayonlarında meyvə-tərəvəz, qərzəkli meyvələr, tütün, aranda pambıqçılıq, qərbdə üzümçülük sahələri üzrə həmin bölgələrin ixtisaslaşmasını təklif edirik», - deyə M.Hacıyev əlavə edib.
banner

Oxşar Xəbərlər