• cümə axşamı, 28 mart, 23:37
  • Baku Bakı 13°C

“Kənd təsərrüfatı məhsullarının istehsalında yüksək artım müşahidə olunur”

10.08.19 23:00 5555
“Kənd təsərrüfatı məhsullarının istehsalında yüksək artım müşahidə olunur”
"Hazırda dövlət kənd təsərrüfatı məhsulları istehsal vasitələri ilə təminatının yaxşılaşdırılması üçün müvafiq dəstək verir. Bunun nəticəsində artıq kənd təsərrüfatı məhsullarının istehsalında yüksək artım dinamikası müşahidə olunur”.
BunuAPA-ya açıqlamasında Kənd Təsərrüfatı NazirliyininAqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə bildirib.
F. Fikrətzadə bu ilin 6 ayı ərzində ümumilikdəkənd təsərrüfatı məhsullarının-meyvə, tərəvəz, kartof və digərlərininistehsalında yüksək artım dinamikası müşahidə olunduğunu nəzərə çatdırıb: "Bu artım dinamikası həm də onu ifadə edir ki, hər bir fermerinistehsal edərək bazara çatdırdığı məhsulun həcmi artıb. Builki mövsümdə kənd təsərrüfatı məhsulları bazarının perspektivlitərəfi odur ki, fermerlər üçün bazar şərtləri daha əlverişli olub. Dövlətlərin kənd təsərrüfatı sahəsində əsas məqsədi budur ki, bazar şərtləri fermerlər üçün əlverişli olsun,onlarməhsullarını yaxşı şərtlərlə sata bilsinlər. Bu cəhətdən bazar şərtləri fermerlər üçün çoxəlverişlidir. Belə halbütün sektorlar üzrə müşahidə olunur”.
Aqrar Tədqiqatlar Mərkəzinin direktoru qeyd edib ki, şübhəsiz ki, bazarda qiymətlərin mövsümdən asılı olaraq müxtəlif səviyyələrdə dəyişmələri var: "Məsələn, iyun ayında faraş məhsullar yetişib qurtarandan sonra iyul ayında hava şəraitinə görə bəzi məhsulların, məsələn, açıq sahədə olan pomidorun bazara daxil olmasında iki həftə gecikmə oldu. Ancaq indi pomidorun qiyməti çox sabitdir, keçən ilki mövsümdə pomidor hansı qiymətdə idisə, bu il də o səviyyədədir. Digər tərəfdən, bu il taxıl məhsullarının qiyməti də regionumuzda taxıl təchizatçısı olan Rusiya və Qazaxıstanın qiymətlərinə uyğun formalaşıb. Məsələn, əvvəllər daxili bazarda taxılın qiyməti fərqli idi, çünki ərzaqda göstəricisi aşağı idi. Amma indi emal müəssisələrimiz, dəyirmanlarımız yerli istehsalçıların istehsal etdikləri taxılın böyük miqyasda alışını həyata keçirir. Nəticə etibarıilə bu mövsümdə fermerlər öz məhsullarını regionun digər fermerləri ilə eyni qiymətə sata biliblər. Bu, bu il üçün spesifik,fermerlərimiz üçün əlverişli haldır”.
F. Fikrətzadənin sözlərinə görə,təhlillər göstərir ki, dövlətin aqrar bazar infrastrukturunu, yəni logistika, topdansatış bazarlarının genişlənməsi istiqamətində apardığı dəstək tədbirləri özəlsektorun inkişafına müsbət təsir göstərir: "Bu, ümumilikdə kənd təsərrüfatı bazarında qiymətlərin həm istehsalçı, həm də istehlakçı üçün əlverişli olması baxımından tələb edilən əsas şərtdir. Logistika, topdansatış bazarlarının genişlənməsi istiqamətində siyasətin davam etdirilməsinə ehtiyac var. Xüsusən kənd təsərrüfatı məhsulları üzrə topdansatış bazarının daha müasir infrastruktura malik olmasına, genişləndirilməsinə ehtiyac yaranıb. Bu istiqamətdə dövlətin dəstək təbirləri davam etdirilir”.
Aqrar Tədqiqatlar Mərkəzinin direktoru bu il kənd təsərrüfatı məhsullarının qiymətində bahalaşma olması barədə iddiaları da əsassız sayır: "Qiymət artımları sırf mövsümi xarakter daşıyıb. Məsələn, pomidorun qiymətində artım ona görə baş vermişdi ki, yığım hava şəraiti ilə bağlı iki həftə gec başladı. Yaxud deyirlər ki, taxılın qiyməti qalxıb. Bu, tamamilə yanlışdır. Sadəcə, Azərbaycanda taxılın keyfiyyət göstəriciləri yüksəldiyinə görə dəyirmanlar yerli taxılın alışını artırdı. Bu il taxıl məhsullarının bazarda qiyməti regionda Rusiya və Qazaxıstanın təklif etdiyi keyfiyyətli ərzaq buğdası ilə eyni səviyyədə formalaşmağa başladı. Səbəb odur ki, yerli fermerlərin məhsulları dəyirmanlar üçün yararlı keyfiyyətdədir”.
banner

Oxşar Xəbərlər