• çərşənbə axşamı, 23 aprel, 18:17
  • Baku Bakı 20°C

Kənan M.M müğənnini döyübmüş - YENİLƏNİB 2

30.07.14 10:02 1410
Kənan M.M müğənnini döyübmüş - YENİLƏNİB 2
Daxili İşlər Nazirliyi rejissor Kənan M.M-in həbsi ilə bağlı açıqlama verib.
Nazirliyin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov qafqazinfo-ya açıqlamasında bildirib ki, Vüqar və Vüsal Muradov qardaşları ərizə ilə müraciət ediblər. Muradovlar müraciətlərində bildiriblər ki, Kənan bir qrup şəxslə zor tətbiq edərək onları döyüb. DİN sözçüsü görülən tədbirlər nəticəsində rejissorun saxlanıldığını və qarşı tərəfin əməlini etiraf etdiyini qeyd edib. Bundan sonra Cinayət Məcəlləsinin 221-ci maddəi ilə barəsində cinayət işi açılıb və həbs olunub. Hazırda faktla bağlı istintaq aparılır.
Qeyd edək ki, Vüqar Muradov "Yeni Ulduz" yarışmasının iştirakçısı olub və hazırda müğənni kimi tanınır.
---------
11:30
Binəqədi rayon Polis İdarəsi əməkdaşları tərəfindən saxlanılan rejissor Kənan.M.M-in həyat yoldaşı müğənni Aygün Şükürova onun həbs edilməsindən xəbərsizdir. Lent.az-a açıqlama verən rejissorun həyat yoldaşı deyib ki, həbs xəbərinə inanmır: “Mən inanmıram ki, Kənanı tutublar. Çünki onun heç kimlə işi olmayıb. Hətta indiyə qədər kimləsə problem yaşadığının şahidi olmamışam. İnanmıram ki, o kiməsə zərər vursun. Bəlkə kiminsə onunla düşmənçiliyi var? Mən bilmirəm. Mən indi Bakıda olmadığıma görə onunla danışa bilmirəm. Həm də onun xasiyyəti bir az tünddür. Gözləyirəm ki, özü zəng vursun, məsələni aydınlaşdırım”.
Qeyd edək ki, Kənan.M.M xuliqanlıqda ittiham edilir.
---------
11:01
Məşhur rejissor Kənan M.M həbs olunub. Binəqədi rayon Polis İdarəsindən qafqazinfo-ya bildirilib ki, rejissor dünən saxlanılıb.
Kənan M.M-ə xuliqanlıq maddəsi ilə cinayət işi də açılıb.
banner

Oxşar Xəbərlər