• şənbə, 20 Aprel, 20:25
  • Baku Bakı 24°C

Kəlbəcərdə girov götürülmüş azərbaycanlılarla bağlı RƏSMİ MÖVQE

15.07.14 14:47 1206
Kəlbəcərdə girov götürülmüş azərbaycanlılarla bağlı RƏSMİ MÖVQE
Komissiya aidiyyəti beynəlxalq təşkilatları məlumatlandıraraq, məsələnin beynəlxalq humanitar hüquq normaları çərçivəsində araşdırılmasını və bütün zəruri prosedurların həyata keçirilməsini tələb edib
Bakı. Şəhriyar Əlizadə - APA. Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Ermənistan tərəfindən saxlanılan Azərbaycan vətəndaşları ilə bağlı açıqlama yayıb.
Komissiyadan APA-ya verilən məlumata görə, son günlər Ermənistana aid elektron kütləvi informasiya vasitələrində yayılmış məlumatlarda, o cümlədən video və foto materiallarda Azərbaycan Respublikasının Kəlbəcər rayonu ərazisində girov götürüldüyü bildirilən Azərbaycan vətəndaşlarının sonrakı taleyinin aydınlaşdırılması ilə bağlı məsələ dövlət komissiyasının gündəlik diqqət mərkəzindədir. Dövlət Komissiyası səlahiyyətləri çərçivəsində bu barədə materialların yayımlandığı ilk gündən etibarən aidiyyəti beynəlxalq təşkilatları məlumatlandıraraq, məsələnin beynəlxalq humanitar hüquq normaları çərçivəsində araşdırılmasını və bütün zəruri prosedurların həyata keçirilməsini tələb edib.
Hazırda video və foto materiallarda yayımlanan vətəndaşlarıın şəxsiyyətinin dəqiqləşdirilməsi istiqamətində zəruri işlər aparılır. Əlavə məlumat olacağı təqdirdə, ictimaiyyət məlumatlandırılacaq.
banner

Oxşar Xəbərlər