• cümə, 19 Aprel, 21:38
  • Baku Bakı 24°C

Keçmiş səfir Sumqayıt Dövlət Universitetinin prorektoru təyin edilib

18.12.13 14:49 1439
Keçmiş səfir Sumqayıt Dövlət Universitetinin prorektoru təyin edilib
Dekabrın 16-da Azərbaycan prezidentinin sərəncamı ilə Sumqayıt Dövlət Universitetinin (SDU) rektoru Nadir Qəhrəmanov tutduğu vəzifədən azad olunub.
Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, təhsil nazirinin əmri ilə Elxan Hüseynov SDU-nun tədris işləri üzrə prorektoru vəzifəsinə təyin olunub. SDU-nun rektoru vəzifəsinin icrası da müvəqqəti olaraq Elxan Hüseynova həvalə edilib.
E. Hüseynov 1991-1995-ci illərdə Bakı Dövlət Universitetinin (BDU) fəlsəfə kafedrasının dosenti, 1995-ci ildən BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, 1999-2002-ci illərdə isə birinci prorektor - tədris işləri üzrə prorektor vəzifələrində çalışıb. 2002-2010-cu illərdə Azərbaycan Respublikasının Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində fəaliyyət göstərib. 2010-2011-ci illərdə BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, 2013-cü ilin avqustun 15-dən isə təhsil nazirinin müşaviri vəzifəsində işləyib.
banner

Oxşar Xəbərlər