• cümə axşamı, 28 mart, 23:51
  • Baku Bakı 13°C

Keçmiş qubernator Deval Patrik 2020-ci prezident seçkilərinə qoşulub

15.11.19 14:30 680
Keçmiş qubernator Deval Patrik 2020-ci prezident seçkilərinə qoşulub
Massaçusets ştatının keçmiş qubernatoru, bu ştatın qubernatoru vəzifəsinə seçilmiş ilk afroamerikan mənşəli Deval Patrik Demokratlar Partiyasından prezidentliyə namizədliyini irəli sürəcəyini rəsmən elan edib.
AZƏRTACxəbər verir ki, Deval Patrikin bu bəyanatı çoxlarını təəccübləndirib, çünki 2018-ci ildə o, seçkilərə qoşulmaqdan qəti imtina etmişdi.
Deval Patrik noyabrın 14-də səhər bu bəyanatı səsləndirəndən sonra prezidentliyə namizəd qismində ilkin səsvermədə iştirak etmək məqsədilə sənədlərini təqdim etmək üçün Nyu-Hempşirə, Nümayəndələr Palatasının ofisinə gedib.
Keçmiş prezident Barak Obamanın yaxın müttəfiqi olmuş Patrik özünü partiyanı birləşdirməyə qabil olan namizəd kimi göstərməyə çalışır. Deval Patrik 2007-2015-ci illərdə Massaçusets ştatının qubernatoru olub.
banner

Oxşar Xəbərlər