• şənbə, 20 Aprel, 07:04
  • Baku Bakı 14°C

Keçmiş prezidentlər Ukrayna hökumətinin istefasını tələb etdi

03.12.13 18:45 999
Keçmiş prezidentlər Ukrayna hökumətinin istefasını tələb etdi
Ukraynanın keçmiş prezidentləri Leonid Kravçuk, Leonid Kuçma və Viktor Yuşşenko ölkədə yaranmış durumu müzakirə edərək belə qənaətə gəliblər ki, mövcud hakimiyyətin addımları ölkədə dərin siyasi böhrana səbəb olub.
APA-nın xəbərinə görə, bunu L. Kravçuk keçirdikləri görüş barədə “segodnya.ua” saytına açıqlamasında deyib. O bildirib ki, sabiq prezidentlər vəziyyətdən çıxış yolu kimi hökumətin istefaya getməsini, hakimiyyətin isə həm Avropa Birliyi, həm də Rusiya ilə dialoqa başlamasını vacib sayır: “Ukraynada dərin siyasi böhranın yaranmasına səbəb avrointeqrasiya kursunun həyata keçirilməsindəki qeyri-ardıcıllıq, konkret olaraq Vilnüsdə AB ilə assosiasiya sazişinin imzalanmasının baş tutmaması və bu barədə ukraynalıların vaxtında hərtərəfli məlumatlandırılmamasıdır. Hökumətin mövqeyinin birdən-birə dəyişməsi insanların etirazlarına səbəb olub. Bu etirazlar hazırda Ukraynada sabitliyin pozulmasına, ölkənin parçalanmasına və digər ağır siyasi, iqtisadi nəticələrə səbəb ola bilər”.
L. Kravçukun sözlərinə görə, həmkarları ilə birlikdə belə nəticəyə gəliblər ki, mövcud Nazirlər Kabineti istefaya getməli, Avropa Birliyi və Rusiya ilə dialoq bərpa olunmalıdır: “Biz hesab edirik ki, ümummilli dialoq və ya dəyirmi masa təşkil olunaraq ümumi planlar hazırlanmalı, Ukraynanın gələcək taleyinə görə məsuliyyət bölüşdürülməlidir. Hazırda Ukraynada demokratiya, azadlıq kimi hər şeydən üstün olan dəyərlərə təhlükə var. Biz dinc nümayişçilərə güc tətbiqini qətiyyətlə pisləyirik. Biz ümid edirik ki, hakimiyyət öz xalqını dinləyəcək və öz vəzifələrini yerinə yetirəcək”.
banner

Oxşar Xəbərlər