• cümə, 26 Aprel, 20:53
  • Baku Bakı 22°C

Keçmiş MTN polkovniki ilə bağlı həbs olunan şəxslərdən biri ziyanı ödəyib

21.12.17 12:50 926
Keçmiş MTN polkovniki ilə bağlı həbs olunan şəxslərdən biri ziyanı ödəyib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Nicat Əliyev, Anar İsmayılov, Ceyhun İbayev, Vüqar Əsədov və Vüqar Güləliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA-nın xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Anar İsmayılovun zərərçəkənə vurulanziyanın 8 min manatını ödədiyi məlum olub.
Proses dekabrın 28-də davam etdiriləcək.
Qeyd edək ki, təqsirləndirilən şəxslər zərərçəkmiş Səriyyə Tahirovanın həyat yoldaşını həbsdən azad edəcəklərini deyərək, qadının 147 min manat pulunu dələduzluq yolu ilə ələ keçiriblər.
İş üzrə bir nəşə zərərçəkmiş şəxs tanınıb.
Onlara qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törəldildikdə) maddəsi ilə cinayət işi açılıb.
Xatırladaq ki, V.Güləliyev ləğv edilmişMilli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq polkovniki olub.
banner

Oxşar Xəbərlər