• cümə axşamı, 25 aprel, 14:25
  • Baku Bakı 23°C

Keçmiş çempion Kristiana Justinu UFC-ni tərk edəcək

03.08.19 17:00 9790
Keçmiş çempion Kristiana Justinu UFC-ni tərk edəcək
Mütləq Döyüş Çempionatının (UFC) prezidenti Deyn Uayt qurumun orta yüngül çəkidə "Santos” ləqəbi ilə tanınan keçmiş çempionu Kristiana Justinunu müqavilədən azad edəcəyi ilə bağlı məlumat verib.
AZƏRTAC"Tass.ru”ya istinadla xəbər verir ki, D.Uaytın bu qərarı qəbul etməsinə səbəb braziliyalı döyüşçünün hazırkı çempion 31 yaşlı Amanda Nunislə görüşməyə qarşı olmasıdır. D.Uayt deyib: "Onu müqavilədən azad edəcəyəm. Ona daha heç bir təklif edilməyəcək. O, "Bellator” və ya istədiyi digər təşkilatlara gedə bilər”.
K.Justinu peşəkar karyerası ərzində 20 qələbə qazanıb və 2 dəfə məğlub olub.
banner

Oxşar Xəbərlər