• cümə axşamı, 28 mart, 15:11
  • Baku Bakı 16°C

Keçən il ilə müqayisə ölkəmizə 7,37 dəfə az avtomobil gətirilib

18.04.16 11:18 942
Keçən il ilə müqayisə ölkəmizə 7,37 dəfə az avtomobil gətirilib
Azərbaycana gətirilən avtomobillərin sayında kəskin azalma davam edir

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycana 1 362 ədəd avtomobil idxal olunub.
"APA-Economics" Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya istinadən xəbər verir ki, ötən ilin analoji dövrü ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 8 673 ədəd avtomobil və ya 7,37 dəfə azalıb.
Ölkəyə gətirilən avtomobillərin 19 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 1 235 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 97 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 11 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.
banner

Oxşar Xəbərlər