• cümə axşamı, 28 mart, 12:28
  • Baku Bakı 16°C

Köçəryan artıq Rusiyaya lazım deyil

31.07.18 17:48 543
Köçəryan artıq Rusiyaya lazım deyil
Ermənistanda Konstitusiya quruluşunu devirməkdə ittiham olunaraq həbs edilmiş keçmiş prezident Robert Köçəryanın vəkilləri dünən həbs-qətimkan tədbiri qərarından Apellyasiya Məhkəməsinə şikayət ediblər. Bu barədə məlumatı Köçəryanın vəkili Aram Orbelyan verib. O, şikayətin hansı əsaslar üzərində qurulduğu barədə şərh verməkdən imtina edib. Orbelyan deyib ki, məhkəmə bu şikayətə bu həftə ərzində baxmalıdır. Üç gün əvvəl məhkəmə Ermənistanın keçmiş prezidentininiki ay müddətinə həbs edilməsi barədə qərar çıxarıb. "Azatutyun” radiosu yazır ki, dövlət keçmiş prezidentin təhlükəsizliyini təmin etməlidir. Ədliyyə rəsmiləri Köçəryanın başqa məhbuslarla eyni şəraitdə saxlandığını bildirirlər. Lakin onun hansı cəzaçəkmə müəssisəsində olduğu bildirilmir. Bu da xəbər verilir ki, ombudsman Arman Tatoyan ikinci prezidentə "Yerevan-Kentron” təcridxanasında baş çəkib və Köçəryanın saxlanma şəraitindən şikayəti olmadığın deyib: "Qanunvericilik keçmiş prezidentlər üçün cəzaçəkmə müəssisələrində hər hansı imtiyazları nəzərdə tutmur”. Köçəryanın ofisinin rəhbəri Viktor Soqomonyan isə öz növbəsində bildirib ki, sabiq prezident özünü yaxşı hiss edir və hər gün idmanla məşğul olur. "Köçəryan özünü yaxşı hiss edir. O, gündəlik idman məşqlərini davam etdirir. Yaxşı, necə deyərlər, döyüş əhval-ruhiyyəsindədir", - deyə Soqomonyan bildirib. Onun sözlərinə görə, başqa işlərlə yanaşı, Köçəryan avtobioqrafik kitab üzərində işini dədavam etdirməyi planlaşdırır.
Öz növbəsində Respublika Partiyasının parlament fraksiyası növbəti dəfə Köçəryanla bağlı bəyanat yayıb. Bəyan edib ki, Ermənistanın ikinci prezidentiətrafında baş verənlərin demokratiya, hüququn aliliyi, məhkəmə sisteminin müstəqilliyi ilə heç bir əlaqəsi yoxdur. Fraksiya Köçəryana ittihamlar və onun həbsinə dair qərarla tanış olduğunu, "bu cinayət işinin Ermənistanda daxili siyasi inkişafa ciddi zərbə vuracağını” bildirib.
"Oxşar əsaslandırılmamış ittihamlar ölkədə ictimai parçalanma tendensiyasını gücləndirir. Bu özəlliklə, Ermənistan və Qarabağ ətrafındakı həyəcanlı çağırışlar fonunda təhlükəlidir”,– bəyanatda vurğulanır. Fraksiya əmin edir ki, "qaldırılmış cinayət işi qanunilik, konstitusion baxımdan narahatlıq yaradır, təkcə insan hüquq və azadlıqlarının pozulmasına gətirməz, Ermənistanın beynəlxalq, həmçinin hüquqi instansiyalarda reytinqinin və nüfuzunun azalmasıyla sonuclanar”. Respublika fraksiyası bəyan edir ki, bu məsələni və onun ətrafında baş verənləri parlament diplomatiyası, uyğun beynəlxalq formatlarda qaldıracaq.
Partiya ötən cümə günü də bəyanat yaymış, Köçəryana qarşı irəli sürülmüş ittihamın "siyasi təqib təəssüratı yaratdığını, hüquqi baxımdan absurd olduğunu” vurğulamışdı. Köçəryan iyulun 26-da 2008-ci il 1 mart hadisələri ilə əlaqədar dindirilib. Ona konstitusion quruluşu devirməklə bağlı ittiham irəli sürülüb. İyulun 27-də axşam isə barəsində həbs qətimkan tədbiri seçilib.
2008-ci il prezidenti seçkisindəSerj Sarkisyanın qalib gəldiyi elan edilincə müxalifət kütləvi etiraz aksiyalarına başlayıb. Martın 1-də güc orqanları ilə toqquşmalarda 10 nəfər həlak olub, yüzlərlə adam yaralanıb. Sarkisyan 10 il prezident postunda qalandan sonra bu ilin aprelində baş nazir postuna keçib. Ancaq küçə etirazları nəticəsində istefa verməli olub, müxalifət lideriNikol Pashinianhakimiyyətə gəlib.
Öz növbəsində Ermənistan Mühafizəkarlar Partiyasının sədri Mikael Ayrapetyan "1in.am”ın müxbiri Artak Yeqiazaryana müsahibəsində Köçəryanın həbsinin Rusiyanın planlarının həyata keçməsinə xidmət etdiyini açıqlayıb. Ayrapetyan həbsin ölkədaxili siyasi həyata və ölkənin inkişafına təsiri ilə bağlı suala "əgər Rusiya tərəfi bundan bəhanə kimi istifadə edib, özünün müxtəlif "siyasi” agentləri vasitəsilə burada digər vəzifələri həll etməyə cəhd etməyəcəksə, bu, ölkədaxili siyasi həyata heç cür təsir etməyəcək” deyib. Onun sözlərinə görə, problem daxili siyasi aspektdə deyil, Ermənistanın məcburiyyət qarşısında, istəyərək və ya istəməyərək iştirak etməyə qalxdığı geosiyasi aspektdədir. "İctimai həyatda isə bu həbs yalnız müsbət təsir göstərəcək, çünki vətəndaşların aprel hadisələrindən sonra toplanmış gələcəyə ümid ehtiyatını artıracaq”. Köçəryanın həbsinin Rusiya-Ermənistan münasibətlərinə təsirinə gəldikdə, politoloq "avtoritar liderlər üçün yaxınlıq, dostluq siyasi kateqoriya deyil, ona görə də Putin həmişə Köçəryana yardım etmək deyil, ondan alət kimi istifadə etmək məntiqilə hərəkət edib və edir. Yəni, "kömək edə bilməz” məsələsi yoxdur. Hansısa anda "mavr öz işini gördü, mavr getməlidir” məntiqinin zamanı gəlir. "Yanukoviçlər”dən fərqli olaraq, Köçəryana görməsi üçün bir qara iş də ayrılmışdı. Həmişə belə də olub: əyalət düşüncəli bu "köçəryanlar”a elə gələ bilər ki, onlar bu və ya başqa avtoritar liderlə yaxın münasibətlərdədirlər, həqiqətdə isə onlar lap əvvəldən öz xalqlarına qarşı cinayətlər törətmək üçün alətlər olublar”. O bildirib ki, Köçəryanın həbsi Rusiyanın proqramından kənar ola bilməz, buna görə də, bu həbs erməni-rus münasibətlərinə hər hansı bir real təsir göstərə bilməz. "Bundan əlavə, həm bu, həm də xüsusi olaraq Xaçaturovla bağlı məsələ Rusiyanın planlarının həyata keçirilməsinə xidmət edəcək. Bu da taleyi həll edilən müttəfiq və ya kommunist erməni tərəfinin erməni-türk müqaviləsində iştirakdan kənarlaşdırıldığı 1921-ci ildəki vəziyyətə çox bənzər olacaq. Burada bizim növbəti dəfə yemə görə tələyə düşməməyimiz və uduzmamağımız üçün baş nazirimizdən böyük müdriklik tələb olunur”, -deyə o əlavə edib.
M.Ayrapetyan əlavə edib ki, Köçəryanın həbsi vəzifədə olduğu bütün müddət ərzində öz ölkəsi üçün deyil, Rusiyanın maraqları naminə çalışan bir adamın bu gün RF-dən dəstək almadığını təsbit edən bir presedentdir. Əgər Rusiya Ermənistana qarşı öz qara işini görmək üçün Köçəryana ehtiyac duyacaqsa, onda onu müdafiə edəcək. Lakin, çox ehtimal ki, o, artıq heç kimə lazım deyil, bu, onun sonuncu və şərəfsizcəsinə istifadə olunmasıdır”.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər