• cümə axşamı, 25 aprel, 02:40
  • Baku Bakı 19°C

Köçəri Nağıbəyli: “Cəmiyyət Milli Şuradan iyrənib”

17.01.14 13:47 1494
Köçəri Nağıbəyli: “Cəmiyyət Milli Şuradan iyrənib”
“Cəmiyyət artıq Milli Şuradan iyrənib. Mən bu söz-söhbətlərin içində olmaq istəmirəm”. Bunu APA-ya açıqlamasında “El” Hərəkatının sədr müavini Köçəri Nağıbəyli deyib.
K.Nağıbəyli qeyd edib ki, qurumdan istefa verməsinin səbəblərindən biri “El” Hərəkatının qarşıdan gələn qurultayına hazırlıq olub: “Vaxtilə Milli Şuranı yaradanda, bütün gücümüzü qurumun işinə sərf etmişdik. İndi isə bütün diqqətimizi “El” Hərəkatına yönəltmək istəyirik. Biz qurultaya hazırlaşırıq. Buna görə də işlərimiz çoxdur. Bu baxımdan vaxtımı Milli Şuraya sərf etmək istəmirəm”.
“El” funksioneri onu da bildirib ki, Milli Şuradan istefa verməsinə bir neçə məqam səbəb olub. O, qurumun işindən narazı olduğunu açıqlayıb: “Eyni zamanda Milli Şuradan müəyyən narazılıqlarım var idi. Dünənki sessiyanın gedişindən də narazı qaldım. Mən bununla bağlı geniş açıqlama verəcəyəm. Hələlik onu deyə bilərəm ki, bu didişmələrin içində olmaq istəmirəm. Bunlar cəmiyyəti iyrəndiriblər. O buna söz atır, bu ona söz atır. Ona görə də mən belə yerlərdə olmaq istəmirəm”.
Xatırladaq ki, Köçəri Nağıbəyli ilə birlikdə hərəkatın İdarə Heyətinin üzvü Rahim Bağırov da Milli Şuradan istefa verib.
banner

Oxşar Xəbərlər