AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Kazarma faciəsində ölənlərin sayı 23-ə çatıb - Yenilənib

Kazarma faciəsində ölənlərin sayı 23-ə çatıb - Yenilənib

Təfsilat
13 İyul 2015, 13:08 757
Dağıntılar altından 42 nəfər çıxarılıb, onlardan 23-ü ölü olub

Omskda kazarmanın uçması nəticəsində 23 hərbçi ölüb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Müdafiə Nazirliyindən bildiriblər.

Dağıntılar altından 42 nəfər çıxarılıb, onlardan 23-ü ölü olub.

11:41

Rusiyanın Omsk şəhərində hərbi təlim mərkəzinin korpusu uçması nəticəsində on nəfər ölüb, 19 hərbçi isə müxtəlif dərəcəli xəsarətlər alıb. Trend xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

Hadisə zamanı hərbi mərkəzdə ümumilikdə 337 nəfərin olduğu bildirilir.

Hadisə ilə bağlı cinayət işi açılıb.

x x x

Hazırda xilas edilən hərbçilərə lazımi tibbi yardım göstərilir.

Dağıntılarda Hava Desant Qoşunu təlim mərkəzinin hərbçiləri və dəmiryol briqadası işləyir.

Hadisənin başvermə səbəblərinin araşdırılması üçün Sergey Şoyqunun əmri ilə Omsk şəhərinə Rusiya Müdafiə Nazirliyinin komissiyası yola düşüb.

x x x

Verilən son məlumata görə, hərbi təlim mərkəzinin korpusunun uçması nəticəsində ölənlərin sayı artıq 13 nəfər çatıb. Xilasedicilər daha 10 nəfərin axtarışını davam etdirir. Trend-in RIA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov deyib.

Məlumatda deyilir ki, ümumilikdə dağıntılar altından 32 hərbçi çıxarılıb. Onlardan 13-ü həlak olub, 19-u tibbi müəssisələrə yerləşdirilib. Daha 3 hərbçi təlim mərkəzinin sanitar hissəsinə müraciət edib.

İ.Konaşenkov əsas işlərin artıq başa çatdığını, kazarmanın 2-ci, 3-cü və 4-cü mərtəbələrinin tam yoxlanıldığını və orada hərbçilərin olmadığını qeyd edib.

x x x

Daxil olan son məlumata əsasən, ölənlərin sayı 18 nəfərə çatıb. Regionun hüquq-mühafizə orqanları ehtimal edir ki, təmir işləri zamanı qaydalara əməl olunmaması dağıntıya səbəb ola bilər.