• cümə, 29 Mart, 04:27
  • Baku Bakı 7°C

Kazaklar geyləri öpüşməyə qoymayacaqlar

05.06.18 11:20 1207
Kazaklar geyləri öpüşməyə qoymayacaqlar
DÇ-2018-in bir neçə oyunu Rostov şəhərində keçiriləcək.
Kaspi.az xəbər verir ki, Rostovda ictimai təhlükəsizliyə kazaklardan ibarət qrup da nəzarət edəcək. Onlar geylərin davranışlarını da nəzarətdə saxlayacaqlar. Bu barədə kazak Dmitri Voskresov məlumat verib:
"Əgər iki kişinin öpüşdüyünü görsək, dərhal polisə məlumat verəcəyik. Qalanı isə onların işidi. Bizim üçün pravoslav və ailə dəyərləri qiymətlidir. Məhz bu dəyərlər üçün kazaklar xeyli mübarizə aparıblar.
Hər şey polisdən asılı olacaq. Əgər onlar hər hansı qanun pozuntusu müəyyənləşdirib onun qarşısını alacaqlarsa, biz də onlara dəstək olacağıq. Onlardan özlərini ictimai yerlərdə mədəni aparmağı tələb edə bilərik.
Ancaq onları cərimə etmək hüququ yalnız polisə məxsusdu. Biz bu məsələyə qarışa bilmərik”.
Rostovda qrup mərhələsinin 4, 1/8 finalın isə 1 oyunu keçiriləcək.
banner

Oxşar Xəbərlər