• şənbə, 20 Aprel, 10:47
  • Baku Bakı 14°C

Kayseridə törədilən partlayışla bağlı 15 nəfər saxlanılıb

18.12.16 09:00 638
Kayseridə törədilən partlayışla bağlı 15 nəfər saxlanılıb
Türkiyənin Kayseri şəhərində ötən gün törədilən partlayışla əlaqədar saxlanılan şəxslərin sayı 15-ə çatıb.APA-nın xəbərinə görə, bu barədə "Milliyet” yerli prokurorluğa istinadən məlumat yayıb.
Bundan əvvəl 7 nəfərin saxlanıldığı, daha 5 nəfərin axtarıldığı bildirilmişdi.
Qeyd edək ki, Kayseridə törədilən partlayış nəticəsində 14 nəfər ölüb. Terrorçu-kamikadzenin idarə etdiyi avtomobil içərisində hərbçilərin olduğu avtobusa çırparaq, partlayıcı qurğunu işə salıb. Hadisə şəhərdəki Ərciyəz Universiteti şəhərciyinin yaxınlığında qeydə alınıb.
Xəstəxanalara 50-dən çox yaralı yerləşdirilib, onlardan 12-si reanimasiyadadır. Yaralılardan dördünün vəziyyəti ağır olaraq qalmaqdadır.
Terror aktının PKK terrorçuları tərəfindən törədildiyi bildirilir.
banner

Oxşar Xəbərlər