• çərşənbə, 24 Aprel, 22:35
  • Baku Bakı 23°C

Kataloniyanın müstəqilliyinin tərəfdarları İspaniyada seçkilər ərəfəsində nümayişlər keçiriblər

10.11.19 10:00 854
Kataloniyanın müstəqilliyinin tərəfdarları İspaniyada seçkilər ərəfəsində nümayişlər keçiriblər
Noyabrın 10-da İspaniyada keçiriləcək ümumi seçkilər ərəfəsində Kataloniyanın müstəqilliyinin tərəfdarları mitinqlər və yürüşlər keçiriblər.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, nümayişlər bölgənin ölkənin tərkibindən çıxmağını istəyən hərəkatlar tərəfindən təşkil olunub.
"Demokratik Sunami" təşkilatı Kataloniyanın müxtəlif şəhərlərində 300-ə yaxın aksiya təşkil etdiklərini açıqlayıblar. Həmçinin, seçkilərdən əvvəl Barselonada konsert təşkil edilib.
Kataloniya polisinin "Twitter" səhifəsində yerləşdirdiyi məlumata əsasən, bəzi etirazçılar polislərə daş və digər ağır əşyalar atıblar. Hal hazırda şəhərin bir neçə küçəsi bağlanıb.
banner

Oxşar Xəbərlər