• cümə, 19 Aprel, 05:32
  • Baku Bakı 18°C

Kataloniyada polis məntəqəsinə hücum terror aktı kimi nəzərdən keçirilir

20.08.18 18:00 501
Kataloniyada polis məntəqəsinə hücum terror aktı kimi nəzərdən keçirilir
Kataloniyada polis komissarlığına edilən hücum terror aktı kimi nəzərdən keçirilir.
AZƏRTACxarici KİV-lərə istinadla xəbər verir ki, bunu Kataloniyanın "Mossos d'Esquadra” hüquq-mühafizə orqanı rəhbərinin müavini Rafael Komas bildirib. "Biz hadisəni terror aktı kimi qiymətləndiririk, lakin hələ çox işlər görülməlidir, faktlar qiymətləndirilməli, ballistik ekspertiza aparılmalı, autopsiya keçirilməlidir”, - deyə Komas mətbuat konfransında vurğulayıb.
Onun sözlərinə görə, hücum edən şəxsin evində hələ axtarış aparılmayıb və bunun üçün məhkəmənin icazəsi lazımdır. İlkin informasiyaya əsasən, hücum edən şəxs əvvəllər mühakimə olunmayıb, lakin bu məlumat həm ölkə daxilində, həm də onun sərhədləri xaricində daha dəqiq yoxlanmalıdır.
Bu gün səhər saatlarında bıçaqla silahlanmış şəxs polis şöbəsinə daxil olub. Polislərin silahı yerə qoymaq barədə tələbi nəticəsiz qalıb və o, güllə ilə vurularaq öldürülüb. İnsident nəticəsində polis əməkdaşlarından heç kim xəsarət almayıb. Hadisənin törədən şəxsin İspaniyada yaşama hüququna malik 1989-cu il təvəllüdlü Əlcəzair əsilli Abdulvahab Taib olduğu bildirilir.

banner

Oxşar Xəbərlər