• cümə, 26 Aprel, 00:47
  • Baku Bakı 16°C

Kataloniya parlamenti regionun hökumət başçısını seçə bilməyib

13.05.18 09:00 549
Kataloniya parlamenti regionun hökumət başçısını seçə bilməyib
Kataloniya parlamenti deputat Joakim (Kim) Torranı region hökumətinin başçısı seçə bilməyib. Şənbə günü keçirilən səsvermədə "Birlikdə Kataloniya uğrunda” qrupunun namizədi deputatların mütləq əksəriyyətinin dəstəyini qazanmayıb.
AZƏRTACTASS informasiya agentliyinə istinadla xəbər verir ki, Joakim Torra hökumət başçısı seçilmək üçün 135 deputatdan azı 68-nin səsini almalı idi. Bazar ertəsi günü onun namizədliyi üzrə ikinci iclas keçirilməlidir. Bu dəfə Torraya deputatların sadə çoxluğunun dəstəyi kifayət edəcək.
Namizədliyi İspaniyadan qaçmış Kataloniya hökumətinin sabiq başçısı Karles Puçdemon tərəfindən təklif olunan 55 yaşlı Kim Torra Omnium Cultural təkilatının sədridir. Bu təşkilat Kataloniyanın müstəqilliyini dəstəkləyir.
Xatırladaq ki, Puçdemon hazırda Almaniyadadır. AFR məhkəməsi onun İspaniyaya verilməsi məsələsinə baxır.
banner

Oxşar Xəbərlər