• cümə, 19 Aprel, 18:23
  • Baku Bakı 24°C

“Kaspi”dən başlayan sevgi yolu – Həyat

27.09.16 10:57 2072
“Kaspi”dən başlayan sevgi yolu – Həyat
Vaxtilə müsəlman Şərqində bəylər və ya xanımlar öz həyat yoldaşlarının üzünü görmədən ailə həyatı qurardılar. Zaman keçdikcə bu proses inkişaf etməyə başladı. Xüsusilə texnologiyanın inkişafı prosesləri daha da sürətləndirdi.
Kimisi üçün yarını tapmaq asan, kimisi üçünsə çətin olur. Bəzən isə bu proses gözlənilmədən baş verir. Elə qəhrəmanlarımız Siracla Gülərin hekayəsi kimi. Gülər xəyalında canlandırdığı ağ atlı şahzadə ilə qəzetimiz vasitəsilə tanış olub. "Polemika” rubrikasında müzakirəyə qoşulan, bir-birinə əks fikirlər söyləyən gəncləri tale birləşdirib.

Qəzetimiz vasitəsilə tanış olan cütlük elə hisslərini də doğma tanışlıq məkanları ilə bölüşmək istədilər.
Cütlüyümüzün maraqlı və zarafatla dediyi şüarı da var: "İstədiyim yar idi, yetirdi "Kaspi”. "2015-ci ildə "Polemika” rubrikasındakı müzakirədə biz də iştirak edirdik. Mövzu isə bu idi: "Xaricdə qalmaq, yoxsa vətənə qayıtmaq?” Sirac xaricdə qalmağı üstün tuturdu, mənsə vətəndə yaşamağı... Amma indi Sirac harada, mən də orada... Müzakirələrdən sonra Sirac mənə Feysbukda dostluq göndərdi. Müzakirələrimiz yazışmalarla uzun müddət davam etdi və belə görünür ki, ömrümüzün sonuna qədər də davam edəcək. Daha sonra görüşdük və Sirac məni çox bəyəndiyini söylədi. O gün bu gündür ki, münasibətimiz başladı. Valideynlərimizin razılığından sonra nişanlandıq. Bizim tanış olmağımıza vəsilə olduğunuz üçün sizə minnətdarıq”.
Biz də qəzetimiz adından Siracla Gülərə xoşbəxtlik arzulayırıq.
banner

Oxşar Xəbərlər