• cümə, 29 Mart, 01:42
  • Baku Bakı 7°C

Kaspi Uşaq Bağçası 6 yaşını qeyd edir

16.09.20 15:51 1190
Kaspi Uşaq Bağçası 6 yaşını qeyd edir
2014-cü ildə fəaliyyətə başlayan Kaspi Uşaq Bağçası 6 yaşını qeyd edir. Bağça sonradan körpələrə və uşaqlara yeni töhfələr verərək fəaliyyətini genişləndirib. Kaspi Liseyi Bakıxanov filialı ilk dəfə fəaliyyətə başlayanda nəzdində uşaq bağşası da fəaliyyət göstərib.
Körpələrdə sağlam düşüncə və gələcək üçün yüksək dəyərləri formalaşdırmağı qarşısına məqsəd qoyan şirkət rəhbərliyi keçən müddət ərzində uşaqların intellektual, fiziki, psixoloji, sosial-emosional və estetik inkişafına nail olmaq üçün yaradıcı və sağlam rəqabətli mühit yaratmağa müvəffəq olub.
Kaspi Təhsil Şirkətinin baş direktor müavini Əli İsgəndərov qeyd edir ki, bağçalarda uşaqlar xüsusi qayğı ilə əhatə olunub. Belə ki, ciddi həkim nəzarəti həyata keçirilir, qidalanmaya xüsusi fikir verilir: "Uşaqlarla xüsusi həssaslıqla seçilmiş peşəkar və qayğıkeş müəllim heyəti məşğul olur. Uşaqların yaradıcılığını, təxəyyülünü formalaşdıran, onların gizli istedadlarını üzə çıxaran müxtəlif dərnəklər, idman məşğələləri təşkil edilir. Dövrün tələbinə uyğun olaraq robotiks dərnəkləri də fəaliyyət göstərir. Hər bir fənnin tədrisində müasir ədəbiyyat və texnologiyalardan istifadə edilərək uşaqların yaş səviyyələrinə uyğun qurulan məşğələlər təşkil olunur. Balacaların bilik və bacarıqlarının inkişafına yönəlmiş həftəlik tədris materiallarının hazırlanması həyata keçirilir”.
Bağçalarda uşaqlarda təhsilə maraq oyatmaq, müstəqil düşünmək və problem həll etmək vərdişlərini aşılamaq, onların hisslərinin və həyati bacarıqlarının formalaşmasına təsir göstərmək fəaliyyətin əsas xətlərindən olub: "Uşaqlara kombinə edilmiş halda təhsilin beynəlxalq və yerli standartları öyrədilir, onların məktəbə və cəmiyyətə hazırlanması, müxtəlif bacarıqlara yiyələnmələri istiqamətində addımlar atılır. Bağça dövründə uşaqlar arasında əl qabiliyyəti, rəsm üzrə müxtəlif müsabiqələrin, bilik və bacarıq yarışlarının təşkili də həyata keçirilir”. Eləcə də uşaqların sosial inkişafının və dünyagörüşünün artırılması məqsədilə təşkil edilən gəzintilər və sosial layihələr də balacaların formalaşmasında rol oynayır.
COVİD-19 koronavirus pandemiyası ilə əlaqədar olaraq ölkəmizdə tətbiq edilən xüsusi karantin dövründə isə - mart ayından başlayaraq Kaspi bağçaları fəaliyyətini daha çox onlayn rejimə keçirib. Belə ki, məktəbəhazırlıq qruplarına xüsusi yanaşılaraq onlar üçün distant dərslər təşkil edilib. Zoom proqramı üzərindən müəllimlər tərəfindən videomateriallar yüklənib, onlayn tapşırıqlar verilib.
Ə.İsgəndəroun bildirdiyinə görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarını əsas tutaraq Kaspi bağçaları da oktyabrın 1-də fəaliyyətə başlayacaq: "Bağçalar fəaliyyətə tam hazırdır. Dezinfeksiya iləri görülüb, sosial məsafənin saxlanması qaydalarına əməl olunub, təlimatlar asılıb. Bu müddətdə bağça tərbiyəçiləri və texniki işçilər bağçaların yeni qaydalarla açılması və idarə edilməsinə dair təlimatlandırılıb, oyun, yataq və digər otaqlar xüsusi qaydalar təşkil olunub. Uşaq bağçalarının açılması zamanı müvafiq sanitar-gigiyenik qaydaların təmin edilməsi ilə bağlı şərtlərə əməl olunub”.
Qeyd edək ki, hazırda Kaspi Təhsil Şirkətinin tərkibində Kaspi Uşaq Bağçası Ağ Şəhər filialı, Bakıxanov filialı, Əhmədli filialı, Kaspi Beynəlxalq Uşaq Bağçası, Sumqayıt filialı, Gənclik filialı fəaliyyət göstərir. Bağçalarda tədris Azərbaycan, rus və ingilis bölmələri üzrə həyata keçirilir.
banner

Oxşar Xəbərlər