• çərşənbə axşamı, 19 mart, 06:54
  • Baku Bakı 8°C

"Kaspi" Təhsil Şirkəti yeni əməkdaşlıq yolunda - Fotolar

27.04.17 13:10 2641
"Kaspi" Təhsil Şirkəti yeni əməkdaşlıq yolunda - Fotolar
Daim müxtəlif xarici təhsil müəssisələri ilə əlaqələr quran "Kaspi” Təhsil Şirkəti bu dəfə Rusiya Federasiyası Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyası ilə yeni əməkdaşlığa imza atıb. "Kaspi”nin qonağı olan Akademiyanın "Dövlət və bələdiyyə idarəçiliyi” fakültəsinin dekanı, "Dövlət siyasəti və dövlət idarəçiliyi” kafedrasının müdiri Lixtin Anatoliy Alekseyeviç "Kaspi” liseylərində və KTŞ-nin filiallarında olub, 11-ci sinifdə təhsil alan şagirdlərlə görüşüb, onlara Akademiya haqqında, Akademiyada təhsil-tədris proqramı, tədris olunan ixtisaslar, təqaüdlər, əlavə imkanlar və üstünlüklər barəsində məlumat verib, şagirdlərin suallarını cavablandırıb.

Qeyd edək ki, "Kaspi” Təhsil Şirkəti Rusiya Federasiyası Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyası ilə əməkdaşlığa 2016-cı ildən başlayıb və Akademiyanın respublikada yeganə rəsmi nümayəndəsi olmaq hüququnu qazanıb. Akademiyaya qəbul və qeydiyyatla bağlı bütün məsələlər və prosedurlar da KTŞ-nin "Kaspi Global” şöbəsi tərəfindən həyata keçirilməkdədir. Bundan başqa, Akademiyada təhsil almaq istəyən, lakin rus dili biliyi zəif olan abituriyentlər üçün də rus dilinin məhz akademik istiqamətdə tədrisi "Kaspi” kursları tərəfindən təşkil olunur.

Sözügedən təhsil müəssisəsində azərbaycanlı namizədlər həm bakalavriat, həm də magistratura pillələrində, Dövlət və Bələdiyyə İdrəetməsi və Hüquq profillərində təhsil ala bilərlər. Digər bir üstünlük isə onların həm qiyabi, həm də əyani şəkildə təhsil almaq imkanlarının olmasıdır. Əlavə olaraq tələbələr yataqxana, yeməkxana, zəngin kitabxana, elektron təchizat və s. imkanlarla təmin olunurlar. Burada təhsil alan tələbələr Akademiyanın onlara yaratdığı fürsətdən istifadə edərək beynəlxalq tələbə mübadilə proqramlarına qoşula, təhsillərini Norveç, İsveç, Finlandiya, Fransa, Almaniya, İtaliya, Türkiyə və Çin universitetlərində davam etdirə bilərlər.

Onlar həmçinin, Akademiyanın 15 ölkədən olan universitet və təşkilatları ilə həyata keçirdiyi elm və təhsil yönümlü layihələrdə, sosial fəaliyyət və tələbə təşkilatlarında da fəal iştirak edə bilərlər.









banner

Oxşar Xəbərlər