Kaspi Təhsil Mərkəzi daha bir uğura imza atıb
Kaspi Təhsil Mərkəzi daha bir uğura imza atıb. Mərkəzin məzunu Nərmin
Balakişiyeva iyulun 18-də Dövlət İmtahan Mərkəzinin IV ixtisas qrupu üzrə
keçirdiyi qəbul imtahanlarında 700 bal yığıb.
Nərmin imtahanlarda IV qrup üzrə 700
bal toplayan 4 abituriyentdən biri olub. O, ali məktəbə hazırlığın son 3 ilini
Kaspi Təhsil Mərkəzində keçirib.
Xatırladaq ki, builki qəbul imtahanlarında
ümumilikdə 15 nəfər 700 bal toplayıb.