• cümə, 19 Aprel, 17:26
  • Baku Bakı 25°C

“Kaspi” Liseyində 20 Yanvar faciəsinə həsr olunan tədbir keçirilib

19.01.17 18:52 2728
“Kaspi” Liseyində 20 Yanvar faciəsinə həsr olunan tədbir keçirilib
"Onlar ana yurdu canlarından üstün tutanlardır. Onlar əsarət zəncirini qıranlardır. Onlar azadlığın heykəl daşıdır. Onlar ölümüylə ölümsüzlük qazananlardır” - "Kaspi” Liseyində 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunan "Ölümüylə ölümsüzlük qazananlar” adlı musiqili-bədii kompozisiya faciənin qan yaddaşımızdan heç zaman silinməyəcəyini bir daha xatırlatdı.
20 Yanvar faciəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra "Kaspi” Təhsil Şirkətinin direktoru Elnur Əliyev 1990-cı ilin yanvarında sovet imperiyasının qoşun birləşmələrinin Azərbaycanda müstəqillik və azadlıq uğrunda mübarizəyə qalxmış dinc əhaliyə, soydaşlarımıza qarşı törətdiyi cinayətlərdən danışaraq, 20 Yanvar faciəsini xalqımızın milli azadlıq ruhuna qarşı təcavüz adlandırdı: "Xalqımızın yaddaşına silinməz faciə kimi yazılmış bu qanlı hadisə tariximizin qəhrəmanlıq səhifəsidir. Tarixdə bənzəri olmayan bu cür qəddarlıq və vəhşilik XX əsrin sonunda dünyanın gözü qarşısında baş vermiş, əliyalın, dinc, mülki əhali kütləvi qətliama məruz qalmışdır”.
Təqdim olunan musiqili bədii kompozisiyada 20 Yanvar gecəsində şəhid olanların qəhrəmanlığı məktəb şagirdlərinin ifasında xatırlandı. Uşaq ikən, gənc ikən 20 Yanvar şəhidinə çevrilən Fuad Babayev, Larisa Məmmədova, Habil Əzizov, Zahid Əliyev, İlqar İbrahimov və digərlərinin yarıda qalan arzuları şagirdlərin ifasında təsirli səhnələrlə təqdim olundu.
Həmçinin lisey şagirdləri 20 Yanvar faciəsinə, şəhidlərə həsr olunan şeirlər söyləyərək faciəni heç zaman unutmayacaqlarını, şəhidlərin xatirəsini həmişə əziz tutacaqlarını dedilər.
Tədbirdə faciəyə həsr olunan videoçarx nümayiş olundu.
20 Yanvar şəhidlərinə həsr olunmuş "Kitab oxusu yarışı”nın qaliblərinin təqdimatı da keçirildi.





banner

Oxşar Xəbərlər