• şənbə, 20 Aprel, 14:30
  • Baku Bakı 23°C

Kaspi Liseyi Bakıxanov filialı yeni tədris ilinə başladı

15.09.20 17:09 1042
Kaspi Liseyi Bakıxanov filialı yeni tədris ilinə başladı
Yeni tədris ilində Kaspi Liseyi Bakıxanov filialının ilk şagirdləri ölkənin bütün ümumtəhsil müəssisələrində olduğu kimi ibtidai siniflərin təhsilalanları oldu. Sentyabrın 15-də liseydə 1-ci və 2-ci sinif şagirdləri dərslərə başladılar. Liseyin Operativ nəzarət üzrə məsul şəxsi Gülnarə Allahverdiyeva bildirdi ki, təhsil müəssisəsində Nazirlər Kabineti yanında Operativ Qərərgahın xüsusi karantin rejimi ilə bağlı qərarlarına və Təhsil Nazirliyinin təlimatlarına tam əməl edilib. Belə ki, ilk dərs günündə müəllimlər dərs zamanı şagirdlərə COVID-19 pandemiyası ilə əlaqədar məktəblərdə davranış qaydaları, təhsilalanların sağlamlıqlarını qorumaları üçün şəxsi gigiyena qaydalarına ciddi riayət etmələri barədə geniş məlumatlar veriblər. Həmçinin məktəblilərə koronavirus infeksiyasından qorunmaq üçün digər insanlarla ünsiyyətdə olarkən sosial məsafəni gözləmələri, əllərini tez-tez və qaydalara uyğun yumaları, başqalarının əşyalarına toxunmamaları, sinfi və məktəbi təmiz saxlamaları, kütləvi toplaşmaqdan çəkinmələri barədə müvafiq tövsiyələr verilib. "Dərslərin qrafikini elə qurmuşuq ki, sıxlıq yaranmasın və üst-üstə düşməsin. Yəni şagirdlər dərslərə eyni gündə gəlməsinlər. Bu gün 1-ci və 2-ci sinif şagirdlərini qarşıladıq. Məktəbin qapısında uşaqların temperaturu ölçüldü. Müəllimlər və köməkçi müəllimlər tərəfindən sosial məsafəyə riayət olunmaqla siniflərə yerləşdilər. Siniflərdə dezinfeksiya işləri aparılıb və partalar məsafəli qoyulub. Uşaqlar həftədə iki dəfə əyani dərsə gələcək, 3 dəfə distant (məsafədən) dərs keçəcəklər”.
Qeyd edək ki, liseydə oktyabrın 1-dən Y-IX siniflər üzrə Hibrid modeli (əyani və distant) üzrə dərslərə start veriləcək.
banner

Oxşar Xəbərlər