• cümə, 19 Aprel, 05:18
  • Baku Bakı 18°C

Kaspi Abituriyent Kursları əyani və onlayn fəaliyyətdə

17.09.20 10:45 933
Kaspi Abituriyent Kursları əyani və onlayn fəaliyyətdə
Kaspi Təhsil Şirkətinin (KTŞ) Abituriyent Hazırlığı kursları sentyabrın 9-dan əyani dərslərə başlayıb. 7 filialda –Bakıdakı 5 filialda (Elmlər, Əhmədli, Nərimanov, Xətai və Bayıl filiallarında), Gəncə və Sumqayıt şəhərlərindəki hazırlıq mərkəzlərində Azərbaycan və rus bölmələrinin IX, X, XI sinif şagirdləri və ötənilki məzunlar bütünixtisas qrupları üzrə hazırlıq keçə bilirlər. Digər hazırlıq kurslarından fərqli olaraq, dərslər əyani olmaqla bərabər onlayn platformada da tədris olunur.
Həmçinin "Kaspi Youtube” kanalı təkmilləşdirilməklə fəalyyətini davam etdirir. Kaspi Abituriyent kursları üzrə akademik rəhbər Rəsul Ağayevin verdiyi məlumata görə, abituriyentlər bu platformadan da faydalana biləcəklər. Eyni zamanda, KaspiTest.com onlayn platforması abuturyentlərin istifadəsindədir: "Bu platformada qeydiyyatdan keçməklə şagirdlər öz bilik və bacarıqlarını Buraxılış və Qəbul imtahanları formatında qiymətləndirə bilirlər. Onlar imtahandan dərhal sonra isə nəticələri ilə tanış olurlar”. Qeyd edək ki, bu platforma vasitəsilə Azərbaycanda ilk dəfə olaraq situasya (açıq) tipli sualların da işlənib yoxlanması mümkün olacaq.

Abituriyent Hazırlığı Kurslarına qəbul davam edir.

banner

Oxşar Xəbərlər