• çərşənbə, 24 Aprel, 14:07
  • Baku Bakı 27°C

Kaslyas İspaniyaya qayıdır, amma paytaxta yox

06.03.18 14:50 640
Kaslyas İspaniyaya qayıdır, amma paytaxta yox
İker Kasilyas karyerasını yenidən İspaniya Primerasında davam etdirə bilər.
Kaspi.az xəbər verir ki, Kasilyasla "Betis” maraqlanır. Klub rəhbərliyi məvacibinin çox olmasına baxmayaraq, Kasilyasla müqavilə bağlamaq niyyətindədir.
Razılaşma əldə olunsa, İker "Betis”ə azad agent kimi qoşulacaq. Bir müddət əvvəl "Portu” rəhbərliyi bildirmişdi ki, Kasilyasla müqaviləni uzatmaq fikirləri yoxdur.
Portuqallar məhz onun məvacibinin çox olmasını əsas gətirərək, qapıçının xidmətində maraqlı olmadıqlarını bildiriblər.
Kasilyas 2015-ci ildə "Portu”ya keçənə qədər "Real”ın şərəfini qoruyub. O, cari mövsümdə Portuqaliya çempionatında 12 oyun keçirib.
banner

Oxşar Xəbərlər