• şənbə, 20 Aprel, 03:44
  • Baku Bakı 15°C

Kasilyas deyir ki, amerikalılar ayda olmayıblar

25.07.18 11:45 611
Kasilyas deyir ki, amerikalılar ayda olmayıblar
"Portu”nun qapıçısı İker Kasilyas "tvitter”də maraqlı mövzunu müzakirəyə çıxarıb.
Kaspi.az xəbər verir ki, bir ildən sonra ABŞ ekspedisiyasının aya enməsinin 50 ili tamam olacaq. Kasilyas da müzakirəyə məhz bu mövzunu çıxardıb. O, əmindir ki, amerikalı kosmonavtlar ayda olmayıblar:
"Gələn il insanın aya enməsinin 50 ili tamam olacaq. Mən bu məsələ ilə bağlı dostlarımla mərc etmişəm. Mərc etdiyimiz mövzunu müzakirəyə çıxarıram.
Necə hesab edirsiniz, kosmonavtlar ayda olublar? Mən hesab edirəm ki, olmayıblar”.
Təxminən 24 saat ərzində məsələ ilə bağlı 300 min nəfər səs verib. Onlardan 59 faizi "hə”, 41 faizi isə "yox” cavabına üstünlük verib.
banner

Oxşar Xəbərlər