• şənbə, 20 Aprel, 12:02
  • Baku Bakı 23°C

Kaşıkçının qətlində şübhəli bilinən şəxs qəzada ölüb

18.10.18 13:32 386
Kaşıkçının qətlində şübhəli bilinən şəxs qəzada ölüb
Jurnalist Camal Kaşıkçının Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda qətlə yetirilməsində şübhəli bilinən şəxslərdən biri Ər-Riyadda müəmmalı yol-nəqliyyat hadisəsi zamanı həlak olub.
AZƏRTAC"Yeni Şafak” qəzetinə istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanının Hərbi Hava Qüvvələrinin leytenantı Meşal Saad Əl Bostani oktyabrın 2-də Krallığın 14 vətəndaşı ilə birgə Türkiyəyə gəlib. Həmin qrup jurnalistin öldürülməsində şübhəli bilinir. Hələlik qəzanın baş verdiyi yer və zaman barədə məlumat verilmir.
Xatırladaq ki, Camal Kaşıkçı oktyabrın 2-də sənədləşmə işi ilə bağlı Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğuna daxil olub və həmin vaxtdan itkin düşüb. Onun yoxa çıxması ilə əlaqədar təhqiqat aparılması üçün yaradılan Türkiyə-Səudiyyə Ərəbistanı işçi qrupu Krallığın İstanbuldakı baş konsulluğuna baxış keçirib və konsulun iqamətgahında axtarış aparıb. Təhqiqatın nəticələri hələlik açıqlanmır.
Bəzi KİV-lərin yaydığı məlumata əsasən, jurnalist diplomatik missiyanın binasında qətlə yetirilib. Bununla bağlı Türkiyə tərəfində səs və video yazılar olduğu iddia edilir.
banner

Oxşar Xəbərlər