• çərşənbə, 24 Aprel, 08:04
  • Baku Bakı 13°C

Karyerasını bitirmək istəmir

15.01.19 14:15 477
Karyerasını bitirmək istəmir
"Mançester Siti”nin sabiq futbolçusu Yaya Ture karyerasını bitirmək istəmir.
Kaspi.az xəbər verir ki, Ture "Olimpiakos”dan ayrıldıqdan sonra klubsuz qalıb. Hər kəs onun karyerasını bitirəcəyini gözlədiyi halda, futbolçu açıqlama verərək, fərqli düşündüyünü bildirib:
"Bu, mənim karyeramın sonu deyil. Hələ oynamaq istəyirəm. Mən "Olimpiakos”a keçdim, ancaq sonra ordan ayrıldım. Çünki orda xoşbəxt deyildim, mentalitet fərqli idi.
Pis seçim etmişdim. Ola bilsin ki, emosional qərar idi. Mən ora gedəndə komandaya, azarkeşlərə nəsə vermək istəyirdim. Amma gördüm ki, mümkün deyil.
Karyeramı harda davam etdirmək istəyirəm? Bu haqda qəti söz demək olmaz. Əgər imkan olacaqsa daha bir-iki il Premyer Liqada çıxış etmək istərdim”.
banner

Oxşar Xəbərlər