• cümə, 29 Mart, 18:27
  • Baku Bakı 14°C

Karyerasını bitirəcək, “Barsa”nı çalışdıracaq

14.07.17 13:40 1149
Karyerasını bitirəcək, “Barsa”nı çalışdıracaq
"Barselona”nın sabiq futbolçusu, hazırda Qətərin "Əl-Sədd” klubunda çıxış edən Xavi gələcək planları barədə danışıb.
Kaspi.az xəbər verir ki, Xavi məşqçi kimi fəaliyyət göstərmək istəyir. O, "Barselona”nın baş məşqçisi olmağı da arzuladığını bildirib:
"Qətərdə daha bir mövsüm keçirməyi planlaşdırıram. Ondan sonra karyeramı bitirəcəyəm. Daha sonra isə məşqçi olmaq istəyirəm. Gizlətmək niyyətində deyiləm, nə vaxtsa "Barselona”nı da çalışdırmağı arzulayıram.
Ancaq əvvəlcə təhsil almalıyam. Bu prosesə isə 1-2 ay yox, 3-4 il vaxt lazımdı. "Barselona”nın baş məşqçisi tam hazırlıqlı olmalıdır”.
banner

Oxşar Xəbərlər