• şənbə, 20 Aprel, 00:26
  • Baku Bakı 15°C

Kartof, soğan və kələm məhsulları daha da ucuzlaşacaq

16.04.19 15:53 543
Kartof, soğan və kələm məhsulları daha da ucuzlaşacaq
Mövsümlə bağlı bazara çıxarılan kartof, soğan və kələmin miqdarının artması ilə əlaqədar bu məhsulların daha da ucuzlaşacağı gözlənilir.
AZƏRTACxəbər verir ki, bu barədə İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin birgə məlumatında deyilir. Bildirilir ki, məlum olduğu kimi martın sonunda və aprelin əvvəlində kartof, soğan və kələmin qiymətində ciddi artım müşahidə olunurdu. Daxili bazarın tənzimlənməsi və qiymətlərin sabitləşməsi məqsədilə kartof, soğan və kələmin ixracına müddətli rüsumun tətbiqi, soğan idxalına spesifik rüsumun may ayının 31-dək ləğv edilməsi, həmçinin faraş kartof, soğan və kələmin satışa çıxarılması nəticəsində bazarda bu məhsulların təklifi artıb və aprelin ikinci ongünlüyündən başlayaraq qiymətlərdə ucuzlaşma müşahidə edilir.
Belə ki, artıq kartofun 1 kiloqramı bazarlarda 0,70 manatdan, marketlərdə 0,79 manatdan, soğanın 1 kiloqramı bazarlarda 0,70 manatdan, marketlərdə 1,09 manatdan, kələmin 1 kiloqramı bazarlarda 1 manatdan, marketlərdə isə 1,29 manatdan başlayan qiymətlərlə təklif olunur. Bu isə, əvvəlki qiymətlərlə müqayisədə əhəmiyyətli dərəcədə aşağıdır.
banner

Oxşar Xəbərlər