• cümə axşamı, 25 aprel, 02:00
  • Baku Bakı 19°C

Karlovun qətli ilə əlaqədar daha bir polis əməkdaşı həbs edilib

20.01.17 09:15 844
Karlovun qətli ilə əlaqədar daha bir polis əməkdaşı həbs edilib
Ankara məhkəməsi Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətli ilə əlaqədar daha bir polis əməkdaşı barəsində həbs qətimkan tədbiri seçib.APA-nın "Anadolu”ya istinadən verdiyi xəbərə görə, cinayət işinin istintaqı çərçivəsində saxlanılar 7 polis əməkdaşı – Kaan Bülbül, Səfa K., Ufuk Q., Kadir Ş., Oğuzxan O., Doğuxan S. və Bilal D. Ankara prokurorluğunda dindirilib.
Dindirilmədən sonra Səfa K. sərbəst buraxılıb. Kaan Bülbül barəsində həbs qətimkan tədbiri seçilib və o Ankaranın "Sincan” həbsxanasına yerləşdirilib. Qalan polis əməkdaşları barəsində şəhəri tərk etməmək qətimkan tədbiri seçilib.
Qeyd edək ki ötən gün məhkəmə Andrey Karlovun qətli ilə əlaqədar digər polis əməkdaşı Sercan Başar və sahibkar Enes Asim Silin barəsində həbs qətimkan tədbiri seçib.
banner

Oxşar Xəbərlər