• cümə, 29 Mart, 16:27
  • Baku Bakı 14°C

Karen Karapetyan Serj Sarkisyanın başına bəla olub

05.11.16 10:49 937
Karen Karapetyan Serj Sarkisyanın başına bəla olub
Bir müddət əvvəl Karen Karapetyan Ermənistanın baş nazir təyin olunanda, proqnoz verilirdi ki, bu şəxs çox keçməyəcək, prezident Serj Sarkisyan üçün başağrısına çevriləcək. Və belə də oldu. Maraqlıdır ki, adətən hər hansı bir sivil ölkədə yüksək posta təyinat olanda, bir müddət nisbi sakitlik olur və sonra müvafiq yerdəyişmə və islahatlar həyata keçirilir. Ermənistan isə təbii ki, sivil dövlət olmadığından, belə proses yaşanmır. Baş nazir təyin olunan K.Karapetyan elə birinci gündən mövcud iqtidara qarşı sensasiyalı açıqlamalarla çıxış edərək, indiyə qədər aparılan işlərin üstündən xətt çəkir. Hökumətdə korrupsiya, rüşvətxorluğun baş alıb getdiyini bildirən baş nazir bəyan edir ki, ölkə uçuruma doğru gedir. Ötən gün isə baş nazir qeyri-qanuni yollarla varlanmış məmurlardan gəlirləri barədə bəyannamə ilə çıxış etməyi tələb edib. Dünən baş nazir Ədliyyə Nazirliyinə tapşırıq verib ki, üç həftə ərzində qeyri-qanuni varlanmaya görə cəza verilməsini nəzərdə tutan qanun layihəsini hazırlasın. O, həmçinin nağd ödəmələrin məhdudlaşdırılmasını nəzərdə tutan qanun layihəsinin hazırlanmasının da zəruri olduğunu bildirib. Çoxları hesab edir ki, baş nazirin əsas hədəfi prezidentdir. Və çox keçməz ki, tərəflər arasında fikir ayrılığı qarşıdurmaya gətirib çıxaracaq. Hələ ki, narazılığı hakimiyyətyönümlü ekspertlər səsləndirir. "Baş nazir özündən başlamalıdır. İslahatlara başlamaq istəyirsənsə, özündən başla”, - deyə erməni eksperti Anait Bakşiyan bildirib."Aravot”qəzeti yazır ki, keçən həftə baş nazir Karen Karapetyan təhsil və elm sahəsinə başçılıq edənlərə göstəriş verib ki, təhsil müəssisələrində qohumluq əlaqələrinə son qoyulsun.
A.Bakşiyan isə deyir ki, bu əmri verən baş nazirin öz kürəkəni nazir müavinidir.
Qohumluq əlaqələrinin hər yerdə olduğunu bildirən Bakşiyan hər bir məktəb direktorunun nazirə bu salı vermək haqqının olduğunu deyib: "Niyə parlament sədri öz qohumlarını işə götürə bilər, məktəb direktoru yox?”
Ekspertin fikrincə, təhsildə kadr siyasəti düzgün qurulmayıb: "Uzun müddət stajı olan pedaqoqlar var, ancaq qubernatorun razılığı olmadan heç vaxt məktəb direktoru ola bilməzlər. Bizim məktəb direktorları sözəbaxan oyuncaqlardır. Onlara yuxarıdan xeyir-dua verilməsəydi, bu kürsüdə otura bilməzdilər”.
Ümumiyyətlə, artıq erməni cəmiyyətində baş nazir Karapetyanın populist bəyanatlar səsləndirməkdən başqa əlindən bir iş gəlmədiyi barədə fikirlər gündəmi tutub. Konkret olaraq, əhali baş nazirin dilindən pensiyaların artacağı barədə bir bəyanat gözləyirdi. Baş nazir isə nazirini qabağa verib. Belə ki, Ermənistanın maliyyə naziri Vardan Aramyan jurnalistlərə müsahibəsində gələn il əməkhaqqı, təqaüd və müavinətlərin artırılmayacağını bildirib.
Onun sözlərinə görə, hazırda hökumət üçün iqtisadi artımı təmin etmək vacibdir və bu, gələcəkdə təqaüd və müavinətlərin artmasına gətirib çıxaracaq. Nazir o vaxta qədər xalqa "ümidlə yaşamağı” tövsiyə edib.
"Ümumiyyətlə, ümid yaxşı şeydir. Ümidini itirmiş, məyus insanlar effektiv deyil. Cəmiyyətdə məyusluq hökm sürəndə, gələcəkdə irəliyə doğru hərəkət etmək imkanları azalır. Ancaq hərəkətsiz ümid də problemlidir. Ona görə biz tədbirlər görürük və inanıram ki, cəmiyyətdə ümid oyanacaq”, - deyəAramyan bildirib. Maliyyə nazirietiraf edir ki, təqaüd və müavinətlərin artırılması zəruridir. Ermənistanda təqaüdlər aşağıdır. Jurnalistin "bəs təqaüdçülər necə yaşasınlar”sualına Aramyan belə cavab verib:"Bilirsiniz, mən cəmiyyəti yalnız ümidlərlə qidalandırmaq istəməzdim. Ona görə, sizdən xahiş edirəm, bircə ay dözün, yaşayarıq, görərik”. Əmək və Sosial məsələlər naziri Artyom Asatryansa hesab edir ki, təqaüd və müavinətlər artırılmasa da, insanların həyat şəraiti yaxşılaşacaq. Belə ki, qaz və elektrik enerjisinin qiymətləri enəcək. Ölkədə qaz tariflərinin artırılmasından sonra Ermənistan hökuməti əhalinin yoxsul təbəqəsinə kompensasiya kimi ayda 1000 dram pul ödəyirdi. Bundan sonra bu ödənişin dayandırılmasının mümkünlüyü barədə sualanazir belə cavab verib:"2017-ci il dövlət büdcəsi layihəsində həyat səviyyəsinin yaxşılaşdırılması üzrə müavinətlərə əlavə 1,1 milyard dram ayrılıb”. "Erməni Milli Konqresi parlament fraksiyasının katibiAram Manukyanınsözlərinə görə, bu şəraitdə Ermənistan demoqrafik fəlakətlə üzləşə bilər: ölkədə təqaüdçülərin sayı artır, büdcə gəlirləri isə azalır. "Büdcəyə gəlir gətirən fəaliyyət yoxdur... Bu gəlirlər haradan gəlir? Vergilərdən, investisiyalardan, transferlərdən, proqramların icrasından. Bunların heç biri yoxdur”, - deyəManukyan bildirib.
Digər bir erməni eksperti, insan haqları müdafiəçisi Arbak Xaçatryan də onlarla həmrəydir. Onun sözlərinə görə, baş nazir populist bəyanatlar verməkdənsə, konkret işlər görməlidir: "Yeni baş nazirin işində yenilik yoxdur. Bütün bu illərdə, elə indi də ölkəmizdə soyğunçuluqdan başqa heç nə yoxdur. Soyğunçuluq, ailələrin dağılması, dövlət institutlarının laxladılması. İndi Ermənistana kömək edə bilən adamlar da artıq orda deyillər, ölkəni isə ticarət mərkəzlərinin direktorları idarə edir”. Ermənistanın "Birinci” informasiya kanalınamüsahibəsində ekspert bildirib ki, "hökumətin başçısını dəyişməklə, ölkə dəyişə bilərmi?” demək çətindir. Hazırda Ermənistanda bütün siyasi meydan bir nəfərin əlindədir. Hansı dəyişiklikdən danışmaq olar?”. O, daha sonra deyib: "Ermənistanda müxalifət qalmayıb. Xalq nəyisə dəyişmək üçün başını qaldıranda onları sındırdılar və məyus etdilər”.
A.Xaçatryan deyir ki, bu gün Ermənistanda vətəndaşlar yerli məmurla mübarizə apara bilmirlər: " Məcbur olub, ölkədən köçüb gedirlər. Bir neçə qəpik qazanmaq, ailəsini dolandırmaq üçün. Bu daha pis soyqırımdır. 1915-ci ildə adamlar yadlardan qaçırdı, indi ölkədəki soyğunçuluqdan qaçır. Onlar başa düşəndə ki, düşmənləri dövlətdir, bu, insanlara çox baha başa gəlir”. Moskvada yaşayan Xaçatryan Qarabağ məsələsində Rusiyanın mövqeyinin dəyişməsi barədə də fikir bildirib: "Sizcə, hazırda Qarabağ məsələsində Rusiya üçün ermənipərəst mövqe vacibdir, yoxsa Türkiyə ilə yaxınlaşma? Təbii ki, Qarabağ məsələsində Rusiya tərəfdən güzəştlər olacaq”.
Azər
banner

Oxşar Xəbərlər