• şənbə, 20 Aprel, 09:49
  • Baku Bakı 14°C

Karel Yarolim: “Azərbaycana qalib gəlməli idik”

05.09.17 13:40 1738
Karel Yarolim: “Azərbaycana qalib gəlməli idik”
"Uduzmağı sevmirəm. Məğlubiyyəti həzm etmək mənim üçün çox çətindi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Çexiya yığmasının baş məşqçisi Karel Yarolim deyib.
DÇ-2018-in seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda çıxış edən çexlər səfərdə Şimali İrlandiyaya 0:2 hesabı ilə uduzublar.
Ölkəsinin mətbuatına açıqlama verən Yarolim istefa barəsində düşünmədiyini bildirib.
O, diqqətini gələn ay Azərbaycan və San-Marino ilə keçiriləcək oyunlara yönəltdiyini deyib: "Yaradıcı futbolçuların yoxdusa, irlandlara qol vurmaq çox çətindi. Şimali İrlandiya qrupda yalnız almanlarla görüşdə qapısından top buraxıb. Seçmə mərhələnin sonuna qədər daha 2 matça çıxacağıq. Çexiya millisindəki işimi davam etdirmək istəyirəm. Razıyam, çoxlu xal itirdik. Vəziyyəti düzəltmək mümkün deyil. Xüsusilə, ev oyunlarında xallar itirməyimiz pis oldu. İlk görüşdə Şimali İrlandiyaya, həmçinin Azərbaycana qalib gəlməli idik. Norveçlə evdəki matçda isə bəxtimiz gətirdi, qələbə qazandıq. Çünki oyunun son 25 dəqiqəsi bizim üçün faciəvi keçmişdi”.
Oktyabrın 5-də Azərbaycanın qonağı olacaq çexlər 3 gün sonra San-Marinonu qəbul edəcəklər.
Yarolim hər iki görüşə qələbə üçün çıxacaqlarını qeyd edib: "Şimali İrlandiyaya məğlubiyyətə baxmayaraq, son 2 görüşə komandanı yaxşı hazırlaşdıra biləcəm. Futbolçular meydana yüksək motivasiya ilə çıxacaqlar. Hər iki oyunda yaxşı nəticəyə imza atmağa çalışacağıq. Çünki qələbə komandada özünəinam hissini artırır”.
Qeyd edək ki, 8 oyundan sonra 9 xal toplayan çexlər C qrupunda 4-cü pillədə qərarlaşıblar.
banner

Oxşar Xəbərlər