• cümə axşamı, 28 mart, 12:47
  • Baku Bakı 16°C

Karateçilərimiz Xorvatiyada daha iki medal qazandı

06.07.19 17:30 742
Karateçilərimiz Xorvatiyada daha iki medal qazandı
Hümmət və Ramil Baxşəliyevlər Xorvatiyanın Umaq şəhərində 21 yaşlıların WKF Kuboku (Dünya Karate Federasiyası) turniri və Gənclər Liqası yarışında müxtəlif medallara sahib olublar.
Azərbaycan Milli Karate Federasiyasından Trend-ə verilən məlumata görə, H.Baxşəliyev (-67 kq) yuxarı yaşlılarda qızıl medal, R.Baxşəliyev (-52 kq, 14-15 yaşlı yeniyetmələr) isə liqada bürünc mükafat qazanıb.
Yarışın ilk günü WKF Kuboku turnirində Murad Hacızadə (+84 kq) birinci, Fidan Teymurova (-50 kq) isə üçüncü yeri tutub. İyulun 6-da daha bir neçə idmançımız tatamiyə çıxacaq.
4-7 iyul tarixlərində hər iki yarışda 70 ölkədən 2577 idmançı iştirak edir.
banner

Oxşar Xəbərlər