• çərşənbə axşamı, 23 aprel, 10:22
  • Baku Bakı 20°C

Karasin: "XİN başçılarının yanvar görüşünün nəticəli olmasında maraqlıyıq"

27.12.17 15:19 615
Karasin: "XİN başçılarının yanvar görüşünün nəticəli olmasında maraqlıyıq"
"RusiyaDağlıq Qarabağmünaqişəsinin nizamlanması ilə bağlı danışıqlar prosesinin aktivləşməsini alqışlayır".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu "İnterfaks"a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin deyib.

Q. Karasin 2017-ci ilin oktyabrında Cenevrədə uzun fasilədən sonraATƏT-in Minsk qrupu həmsədrlərinin dəstəyi iləDağlıq Qarabağmünaqişəsinin nizamlanmasına həsr olunan Azərbaycan-Ermənistan sammiti keçirildiyini xatırladıb: "Bu sammitdə danışıqlar prosesinin intensivləşdirilməsi, təmas xəttində gərginliyin azaldılmasına yönələn tədbirlərin görülməsi razılaşdırıldı. Bununla əlaqədar həmsədrlər noyabrda Azərbaycan və Ermənistan XİN başçıları ilə ayrılıqda məsləhətləşmələr keçirdilər. Dekabrda isə VyanadaATƏTXİN başçıları Şurasının iclasında nazirlərin görüşü təşkil olundu. Münaqişənin nizamlanmasının əsas məsələləri müzakirə olundu, hansılar ki, hələlik onlarla bağlı konsensusa nail olunmayıb. Bundan başqa, münaqişə zonasında vəziyyətin deeskalasiyasına yardım edəcək mümkün fəaliyyətə dair məsələlərə baxıldı. TərəflərəATƏT-in müşahidə missiyasının genişləndirilməsi ilə bağlı konkret təkliflər verildi. Nazirlər Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı bu və digər məsələlərlə bağlı danışıqları 2018-ci ilin yanvarında həmsədrlərin iştirakı ilə davam etdirməyə razılaşdılar".

Nazir müavini rəsmi Moskvanın gələn ilin yanvarında keçiriləcək Azərbaycan və Ermənistan XİN başçılarının görüşünü alqışladığını söyləyib: "Rusiya bu görüşün nəticəli olmasında maraqlıdır. Yerevan və Bakının görülmüş işlər əsasında güzəştlərin axtarılmasında səylərini dəstəkləyirik. Minsk qrupundakı həmsədrlərlə birlikdə öz tərəfimizdən həlli gecikmiş münaqişənin sülh yolu ilə həllinə bundan sonra da yardım edəcəyik. Rusiya, ABŞ və Fransanın bu vahid mövqeyi VyanadaATƏTXİN başçılarının iclasında üç ölkənin nümayəndə heyətlərinin rəhbərlərinin birgə bəyanatında da dəqiq qeyd olunub".
banner

Oxşar Xəbərlər